Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

28 Fevral

2016
20:05
3778
Gənc sosioloq FaktXəbər-ə uşaq intiharlarından danışdı - VİDEO

"Azərbaycan cəmiyyətində intihar simptomunu görmək problemi var. Biz, bizim ətrafmızda olan insanların intihar mesajlarını iqnor edirik. Birincisi ona gorə ki, bizim dünya görüşümüz intiharı qəbul etmir, bir çox hallarda intiharın səbəblərini gizlədirik. İkincisi ona görə ki, biz intihar barədə yetərincə məlumatlı deyilik. İnkişaf etmiş ölkələrdə krizis qrupuna aid olan insanları nəzərə alaraq müxtəlif yardım mərkəzləri var. Bizim ölkədə mediada intihar faktları ilə bağlı açıq-saçıq xəbərlər verildiyi üçün özünə qəsd riski yeniyetmələr üçün artır" - bu sözləri Faktxeber.com-a müsahibəsində sosioloq Cavid İmamoğlu deyib.

Müsahibimizin sözlərinə görə, intihar edəcək şəxs əvvəldən bu barədə siqnallar verir: “Ətrafımızda  olan insanların intihara meylli olduğunu bir çox faktorlarla görə bilərik. Həmin insan yuxusuzluqdan əziyyət çəkə bilər, iştahasız, stressli olar. Bu kimi mesajları görəndə artıq valideynlər hərəkətə keçməlidir”. Gənc sosioloqun fikirləri ilə daha ətraflı aşağıdakı video-süjetdə tanış ola bilərsiz:

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com