Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Aprel

2017
15:13
1153
Gəncə şəhər İcra Hakimiyyətindən azan qadağası iddiasına cavab

Dünəndən etibarən sosial şəbəkələrdə Gəncənin icra başçısı Elmar Vəliyevin tapşırığı ilə şəhərin mərkəzi məscidində azanın verilməsi ilə bağlı qadağaların tətbiq edildiyinə dair məlumat yayılıb. Bildirilir ki, dünən şam namazı vaxtı məscidin icma üzvu Hacı Əli Səftər və Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev məscidə daxil olaraq azanın səsini kəsmək istəyib. Səbəbini soruşduqda isə rəis müavini bildirib ki, şəhərin icra başçısı Elmar Vəliyev narahatdır və azan səsi başına düşür.

Sözügedən məsələ ilə əlaqədar Gəncə şəhər İcra Hakimiyyəti rəsmisi Kənan Məmmədov “İslamınsəsi"nə bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Ümumiyyətlə Gəncədə azanın qadağan edilməsinin mümkün olmadığını söyləyən icra hakimiyyətini rəsmisi vurğulayıb ki, “İslam Həmrəyliyi” ili çərçivəsində müəyyən tədbirlər keçirirlər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru