Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

14 Sentyabr

2017
09:57
335
Günə neçə saatdan çox oturmaq olmaz? - Beynəlxalq Araşdırma

Hər yarım saatdan bir hərəkət eləmək sağlamlıqdan ötrü vacibdir. Nə qədər idman eləməyin də məsələyə dəxli yoxdur, uzun müddət oturmaq erkən ölüm üçün risk faktoru sayılır.

Bunu bu həftə “Annals of Internal Medicine” tibb dərgisində dərc olunmuş yeni araşdırma üzə çıxarıb. Araşdırma haqda “CNN” yazır.

Tədqiqatçılar 8 min nəfər üzərində aparılmış araşdırma əsasında aşkarlayıblar ki, oturmağa sərf olunan vaxtla erkən ölüm arasında birbaşa əlaqə var. Oturma müddətin artdıqca, erkən ölümə daha çox yaxınlaşırsan.

BEŞ DƏQİQƏ GƏZMƏK

“Az oturun, çox gəzin”, elə Amerika Ürək Assosiasiyası da hamını buna həvəsləndirir. Ancaq son araşdırmanın aparıcı müəllifi Keith Diaz bu sadə yanaşmanı yetərli saymır, deyir, idman hərəkətləri üçün təlimat olduğu kimi, oturmaq qaydaları da olmalıdır.

“Məsələn, daha dəqiq təlimat belə ola bilərdi ki, hər 30 dəqiqədən bir qalxıb iti addımlarla beş dəqiqə yürüyün, bununla oturmaq sayəsində qazandığınız ürək risklərini azaltmış olarsınız”, – o deyib.

Tədqiqat müəllifləri aşkarlayıblar ki, oyaq qaldığımız 16 saatın ortalama 12,3 saatını oturaq vəziyyətdə keçiririk. “Yaşlandıqca fiziki və zehni funksiyamız azalır və daha çox otururuq”, – Diaz deyir.

Daha öncəki araşdırmalar günə ortalama 9-10 saat oturduğumuzu üzə çıxarmışdı. Son tədqiqatda bunun artıq olmasının səbəbi bu dəfə orta və daha yaşlı əhalinin həyat tərzinin öyrənilməsidir.

GÜNƏ 11 SAATDAN AZ OTURMAQ

“Günə 13 saatdan çox oturanlar 11 saatdan az oturanlardan 2 dəfə (yaxud 200%) artıq ölüm riskiylə üzləşirlər”, – Diaz bildirir.

İstənilən halda, 30 dəqiqədən az olmaqla, fasilələrlə oturanlar, 30 dəqiqədən çox müddətə oturanlardan 55% artıq az ölüm riskiylə üzləşirlər.

Bir dəfəyə 90 dəqiqədən çox oturanların ölüm riski isə iki dəfə çox olur.

“Stolüstü işlər” görənlərə, məsələn, ayaqüstü stol faydalı olarmı? Diaz-ın fikrincə, “ayaqda durmağın oturmağa alternativ olduğunu söyləməyə yetərincə sübut yoxdur”.

“İşiniz, yaxud həyat üslubunuz elədir ki, uzunmüddətli oturmalı olursuz? Ən yaxşı təklif hər yarım saatdan bir durub hərəkət etməkdir. Tədqiqatımızla demək istəyirik ki, belə davranış ölüm riskinizi azalda bilər”, – Diaz söyləyir.(Azadlıqradiosu)

Məqalədə : oturaq iş 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru