Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2018
10:37
1427
Gömrük Komitəsinin sədrindən jurnalistlərə TƏKLİF

Bu gün Dövlət Gömrük Komitəsində "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda seminar keçirilib. Modern.az xəbər verir ki, tədbirdə Komitə sədri Səfər Mehdiyev, Mətbuat Surasının sədri Əflatun Amaşov və media numayəndələri iştirak edib.

Çıxış edən S.Mehdiyev seminarın təşkilinin Komitə və media arasındakı əlaqələrdə yeni mərhələ olacağını vurğulayıb: 

"Gömrük xidmətinin formalaşması 1995-ci ildən başlayıb. Bu gündən sonra Komitənin fəaliyyəti mətbuat nümayəndələrilə qarşılıqli əlaqədə çalışacağıq. Media işçilərindən ibarət qruplar yaradılsın və istənilən vaxt Komitədə hansısa fəaliyyət sahəsinin fəaliyyətini izləyə bilsinlər. Hətta istənilən məsələ üçün mənə də müraciət edə bilərsiniz. Ümumilikdə il ərzində 5 mln 400 minə qədər vətəndaşa xidmət edirik". 

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Ə.Amaşov yeni sədri təbrik edib, fəaliyyətində uğurlar arzulayıb: 

"İnanıram ki, Komitəyla jurnalistlər arasındakı əlaqələr bu sahədə ixtisaslaşmaya səbəb olacaq”. 

Ə.Amaşov  jurnalistlərin işirakı ilə sərhəd gömrük məntəqələrinə səfərlərin təşkilinin artırılmasını təklif edib.(modern.az)

Məqalədə : Gömrük komitəsi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 07:35



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com