Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

29 Avqust

2017
17:23
1937
Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq

Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, bəzi məsələlər daha da təkmilləşməlidir. Onun sözlərinə görə, yeni qaydaların hazırlanması zamanı həmin məsələlər nəzərə alınacaq. 

Nazirlik rəsmisi qeyd edib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 50 minə yaxın namizəd qeydiyyatdan keçib: “Onlardan 40 minə yaxını müsabiqənin test mərhələsində iştirak edib. Bu mərhələdən keçənlər növbəti mərhələdə vakansiya seçimi və müsahibə mərhələlərində iştirak edib. Müsahibə mərhələsində 400-ə yaxın namizəd uğur qazana bilməyib. Ümumilikdə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən 4 minə yaxın namizəd müəllim adını qazanıb”. 

E. Bağırov qeyd edib ki, əvvəlki illərdə müəllimlərin işə qəbul müsabiqəsindən uğurla keçənlər təqvim ilinin sonunda diaqnostik qiymətləndirməyə cəlb olunurdu və növbəti ildən onların əmək haqları artırıldı: “Artıq prezidentin sərəncamına əsasən, müəllimlərin işə qəbulu müsabiqəsindən keçən namizədlər diaqnostik qiymətləndirilməsi aparılan namizədlərə bərabər tutulur. Növbəti təqvim ilində işə qəbulu müsabiqəsindən keçərək təyinat alan müəllimlər artımla əmək haqqı alacaqlar”/APA

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru