Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

20 İyul

2017
16:23
3972
Gələn həftədən müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsinin keçirilməsinə gələn həftədən başlanılacaq.

FaktXəbər-in məlumatına görə, bu barədə APA-ya Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Test imtahanlarının Azərbaycan Texniki Universitetinin (ATU) idman zalında mərhələli şəkildə keçiriləcəyini bildirən sektor müdirinin sözlərinə görə, vakansiyalar bu həftə elan ediləcək: “Bundan sonra isə test imtahan mərhələsinin keçirilməsinə başlanılacaq. Bu il minlərlə vakansiyanın təqdim olunması gözlənilir. Vakansiyaların da sayı artmaqdadır. Bütün regionlarda, bütün ixtisas fənləri üzrə - istər Azərbaycan dili-ədəbiyyat, istər kimya, istər riyaziyyat, istərsə də fizika və digər bütün fənlər üzrə vakansiyalar təqdim olunacaq”.

Qeyd edək ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qeydiyyatı başa çatıb. İyulun 1-dən 14-dək davam edən proses zamanı 47 mindən artıq şəxs müsabiqədə iştirak üçün elektron ərizəsini təsdiq edib. 

Məqalədə : imtahan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 21:32

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru