Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Aprel

2017
14:26
370
Gələn ildən şəxsiyyət vəsiqəsi ilə də xaricə gedə biləcəyik

Gələn il yanvarın 1-dən Azərbaycan vətəndaşları bəzi ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə bilərlər. Trend-in məlumatına görə, “Azərbaycanın Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər. Bu dəyişikliyin 2018-ci il yanvarın 1-dən qüvvəyə minməsi təklif edilir.

Məcəlləyə bu dəyişiklik “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunun icrası ilə əlaqədar təklif edilir.
Bu qanun layihəsi Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Qeyd edək ki, hazırda vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ Azərbaycan vətəndaşının pasportu ilə həyata keçirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru