Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

12 Oktyabr

2017
12:23
729
Gələn il Azərbaycanda turistlər üçün xüsusi imtiyaz kartı tətbiq olunacaq

"Ötən ilin sentyabr ayı ilə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayında 7 faiz artım olub". 

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, əvvəl insanlar və ticarət obyektlər Bakı Ticarət Festivalına ("Baku Shopping Festival") qoşulmağa ehtiyatla yanaşırdı: "Ötən il ƏDV qaytaran və festivalda iştirak edən obyektlərin sayı 172 idisə, bu dəfə 467 müəssisə qeydiyyatdan keçib. ƏDV qaytarmayan, amma endirim tətbiq edən partnyorların sayı ilk dəfə 33 idisə, bu dəfə 111-dir. Ötən il iştirakçıların sayı 205 idisə, bu il üçün 578-dir".

Nazir bildirib ki, festivalda partnyor kimi iştirak edəcək supermarketlərdə endirimlər qida məhsullarına şamil edilməyəcək: "Burada sırf elektron texnikaları üçün ƏDV qaytarılmalıdır".

Ə.Qarayev vurğulayıb ki, növbəti ildə turistlər üçün xüsusi imtiyaz kartı tətbiq olunacaq: "Bununla bağlı iş gedir. Məsələ təhlil edildikdən sonra saya görə hazırlıq ediləcək".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 07:06

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru