Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

24 Avqust

2017
16:34
678
“Kalaşnikov” pilotsuz təyyarələri yerə salan yeni silah təqdim edib - VİDEO

Rusiyada «Ordu-2017» Beynəlxalq hərbi texniki forumunda «Kalaşnikov» konserni radioelektrik mübarizə üçün yeni kompleks – REX 1 təqdim edib.

FaktXeber.com-un verdiyi məlumata görə, xarici görünüşünə görə, tüfəngə oxşayan  silah  pilotsuz uçuş aparatlarının bir neçə üsulla uzaqlaşdırmaq, yaxud ələ keçirmək üçün təyin olunub.

Məsələn silahın üzərinə lazer və stroboskop quraşdırılıb. Onun vasitəsi ilə  dronun  kamerasını görüntüsünü sıradan çıxarmaq və ərazidən uzaqlaşdırmaq olar. REX-1 bundan başqa, Wi-Fi, GSM və radio siqnallarını boğur. Beləliklə PUA pultla əlaqəsini itirdiyindən öz sahibinə geri dönmək məcburiyyətində qalır.

Əgər pilotsuz təyyarəni endirmək lazımdırsa, onun GPS, QLONASS, Galileo və BeiDou kimi  naviqasiya  sistemlərinin siqnallarını batıran modulundan istifadə etmək olar. Peyk və operatorlarla əlaqə olmasa PUA sadəcə yerə düşür.

4,2 kq çəkidə olan REX-1 durmadan 3 saat işləyə bilər.

Yeni silah istehkamçılar üçün də gərəkli ola bilər. Belə ki, onun köməyi ilə  uzaqdan idarə olunan partlayıcıları zərərsizləşdirmək olar.

Məqalədə : Pilotsuz 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru