Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

29 Mart

2017
10:40
1046
Ginnesin Rekordlar Kitabına düşmüş erməni əsgəri məhv edildi

Ermənistan ordusu Qarabağda daha bir hərbçisini itirib. Güllə yarasından ölən əsgər 20 yaşlı Artak Rafaelyandır. O, martın 28-də, saat 13:30 radələrində cəbhənin şərq istiqamətində aldığı güllə yarasından ölüb.

Ermənistan mətbuatı bu xəbəri xüsusi təəssüf hissi ilə yayımlayıb. Buna səbəbsə məhv edilən əsgərin Ginnesin Rekordlar Kitabına düşməsidir. Belə ki, pulemyotçu uzandığı yerdə 11011 dəfə "jim" etdiyi üçün Ginnesin Rekordlar Kitabına düşübmüş. O, həmçinin boksla məşğul olurmuş.

Məlumatda, həmçinin 20 yaşlı əsgərin aprel döyüşlərində pulemyotçu kimi iştirak etməsi və medalla da təltif olununması da qeyd olunub. (femida.az)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru