Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2016
09:24
Bu gün AŞPA-nın qış sessiyası başlayır

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının növbəti - qış sessiyası başlayır.

Sessiya çərçivəsində Azərbaycan üzrə iki hesabat müzakirə ediləcək.

Yanvarın 26-da Robert Uolterin (Britaniya) "Dağlıq Qabağda və Azərbaycanın işğal altında olan başqa ərazilərində gərginlik", Bosniya və Herseqovinadan olan deputat Militsa Markoviçin "Azərbaycanın sərhədyanı regionlarının əhalisi qəsdən içməli sudan məhrum edilirlər" hesabatları müzakirəyə çıxarılacaq.

Sessiya çərçivəsində Bolqarıstan prezidenti Rosen Plevneliyevin də çıxış edəcəyi gözlənilir.

Deputatlar Avropada mühacir problemi, Suriya və İraqdakı əcnəbi silahlılar, Avropa Şurasına üzv ölkələrdə insan haqlarının müdafiəsinin möhkəmlənməsi məsələlərini də müzakirə edəcək. Bundan başqa, Avropa İnsan Haqları Məhkəməsinin hakimləri də seçiləcək.

Sessiya yanvarın 29-da başa çatacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
1186
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 09:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru