Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2016
14:24
“Azərinşaat”ın fəhlələri yenə maaşlarını tələb edirlər

“Azərinşaat” MMC-nin yol tikintisində çalışan fəhlələri növbəti dəfə şirkətin ofisi qarşısında etiraz aksiyasına toplaşıb.

Fəhlələrin verdikləri məlumata əsasən, aksiyaya səbəb yenə də maaşlarını ala bilməmələridir.

Ofis qarşısına toplaşanlardan Elməddin Ələkbərov dedi ki, “Azərinşaat” MMC-nin fəhlələrinin 70%-i oktyabr, noyabr və dekabr aylarının maaşlarını almayıb: “Biz başa düşə bilmirik ki, niyə işçilərin 305-i tam maaşlarını ala bilib, qalanlar isə yox. İki gün əvvəl Prezident Administrasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olduq. Hər iki qurumda bizi qəbul etdilər və dedilər ki, problem araşdırılacaq”.

Fəhlələrin sözlərinə görə, onlar Əmək Müfəttişliyinə də müraciət edib və bugünkü aksiyaya oradan da nümayəndələr gələcək.

Qeyd edək ki, “Azərinşaat” MMC-nin işçiləri ilə maaş problemi uzun müddətdir ki, davam edir. Bir neçə ay əvvəl fəhlələr 6 aydan çox maaş ala bilmədiklərinə etiraz olaraq yürüş keçirmiş və şirkətin ofisi qarşısında dəfələrlə aksiya keçiriblər. Yalnız bundan sonra onların maaşının bir hissəsi ödənilmişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
419

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
357

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
351

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
380

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
368

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
488

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
481

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
474

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
552
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 06:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru