Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2016
11:12
ABŞ və Türkiyə Suriyada yerüstü əməliyyatlara başlayıb

ABŞ özbaşına  Hasakada aeradromunü ələ keçirib. Bəzi məlumatlara görə, Türk qoşunları da Cerablus şəhərini ələ keçirib. Bir çox Qərb KİV-i isə baş verənləri görməzdən gəlir. FaktXəbər-in verdiyi məlumatına görə, bu barədə  Kanadanın  GlobalResearch resursu məlumat yayıb.

«Qərb KİV-lərinin lal pərdəsi altında  Türkiyə və ABŞ  Suriyaya hərbi müdaxilə edib», deyə GlobalResearch yazır.

Çərşənbə günü  Türk qoşunları  Cerablus şəhəri yaxınlığında əraziyə  giriblər. Amerika  qoşunları öz nöbvbəsində şimal əyaləti Hasakada aeradromu  nəzarətə götürüblər.

 Türkiyənin yaxın günlərdə Suriya ərazisində  irimiqyaslı hücuma başlayacaq, bununla belə  Qərb hərbi əməliyyatın  hədəfləri müəmma olaraq qalır.

Aeradrom Suriyanın İraq və Türkiyə ilə sərhəddi yaxınlığında yerləşir . Suriyanın yerli  koordinasiya komitələrinin nümayəndələri bəyan ediblər ki, amerikalılar  aeraportu döyüş uçuşlarına hazırlayır və hazırda bu prosesin genişlənməsi gedir. ABŞ Mərkəzi Komandanlığından  məlumat nə təkzib, nə də təsdiq olunub. 

Sputnik-in  çərşənbə  günü dərc etdiyi məlumata əsasən, Türkiyə Suriya ilə sərhəd boyunca hərbi mövcudluğun fəallaşdırır.Son hesablamalar görə, hazırda  regiona cəlb edilən əsgərlərin sayı minə yaxındır.

Hawar News nəşri bildirir ki, türk əsgərləri hərbi avtomobillər, ağır zirehli texnikalar və minaların təmizlənməsi üçün maşınlarla  Suriyanın Hələb  əyalətində sərhəddi keçiblər.

Xəbərlərimizi həmçinin Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
1166
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 07:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru