Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2016
15:41
Şəhid atası Vahid Mustafayevi məhkəməyə verir

20 Yanvar faciəsində şəhid olmuş Larisa Məmmədovanın atası Fərman Məmmədov “ANS” Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevi məhkəməyə verir. 

Səbəb Vahid Mustafayevin ssenaristi və rejissoru olduğu “Qanlı yanvar” filmində Larisa Məmmədovanın 13 yaşına baxmayaraq nikahsız hamilə qadın obrazında təqdim olunması, Azərbaycan tarixinin təhrif edilməsi və ümumilikdə xalqın azadlıq hərəkatına qarşı məqamların yer almasıdır. 

Bu barədə məlumatı Larisa Məmmədovanın atası Fərman Məmmədov verib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı vəkillə danışıqlar aparılır:

“Məsələ ilə bağlı məsləhətləşmələr aparırıq. Larisa tək mənim şəhidim deyil ki, bütün xalqın şəhididir. Qızımın simasında bütün xalq təhqir olunub. Əsas tələbim o olacaq ki, xalqdan üzr istəsin. “Şəhid” sözünü Vahid Mustafayev adi hesab edir. Bu gün məhkəmə ilə bağlı vəkillə görüşəcəyik və bunu həll edəcəyik”.

Vəkil Mehman Muradlı bu həftə ərzində Fərman Məmmədovun məhkəməyə müraciət etməsi üçün lazımi sənədləri toplayacağını deyib: “Hələki sənəd işləri ilə məşğuluq. Əsas tələbimiz o filmin tamamilə nümayişdən yığışdırılması olacaq. Hətta belə ola bilər ki, ən azından Larisa Məmmədovanın obraz kimi canlandırdığı hissə filmdən çıxarılsın. Bu, həmçinin ictimaiyyətin mövqeyindən də asılı olacaq. Əslində o filmdə məsələlər təhrif olunub”.

Vəkil əlavə edib ki, Fərman Məmmədovun məhkəmə tələblərinin içərisində təzminat məsələsi də var: “Bu isə sırf onunla əlaqədardır ki, filmin yayımlanmasından sonra Fərman Məmmədov ailəsi ilə birgə məcburi yaşayış yerlərini dəyişib. Ona müəyyən basqılar olub. Bu mənada Fərman Məmmədova dəymiş maddi və mənəvi təzminatın məbləği irəlidəki günlərdə müəyyənləşəcək”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
424

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
357

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
351

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
390

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
378

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
513

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
486

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
474

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
557
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 07:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru