Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2016
15:25
İstehlakçının hansı məhsulu dəyişdirmək hüququ var?

İstehlakçı məhsulun alınma günü sayılmamaq şərti ilə 14 gün ərzində onu lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir.

El TV(Region TV) -nin verdiyi xəbərə görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Aran Regional Bölməsinin müdiri Əfqan Əliyevin sözlərinə görə, bu qanunvericiliklə tənzimlənir. Əgər əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi, onunla birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda dəyişdirilə bilər. Həmçinin istehlakçı qüsurlu məişət texnikası alıbsa, zəmanət müddəti ərzində yaranan nasazlıq istehsalçı tərəfindən aradan qaldırılmalıdır.

"O aydın məsələdi ki, satan firma özü o zəmanət müddəti ərzində hər hansı bir yaranmış narahatçılığı öz üzərinə götrür və bütün xərcləri, ona lazım olan ehtiyat hissələridi və yaxud orada görülən işlərin pulunu firma tərəfindən belə deyək, satış edilən obyekt tərəfindən ödənilir", - deyə Əfqan Əliyev bildirib.

Regional Bölmənin müdiri bildirir ki, hər hansı bir məhsulu alarkən istehlakçının satıcıdan və ya istehsalçıdan satış barədə qəbz tələb etməsi mütləq vacibdir. Bildirək ki, Nazirlər Kabinetinin qərarına əsasən, pərakəndə ticarət obyektlərində dəyişdirilməsi mümkün olmayan malların siyahısı tərtib edilib. Bu siyahıda 12 adda məhsul yer alıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Azəriqaz”dan əhaliyə MÜRACİƏT

28

Sentyabr
12:16
ÖLKƏ
205

Suriyada terrorçulara məxsus PUA vurulub

28

Sentyabr
11:46
DÜNYA
110

Vilayət Eyvazovdan yeni TƏYİNAT

28

Sentyabr
11:31
SİYASƏT
290

Əhməd Məsud bəyanat yayıb

28

Sentyabr
11:14
DÜNYA
215

AMB-nin valyuta məzənnələri

28

Sentyabr
09:14
İQTİSADİYYAT
275

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
430
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2021 12:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru