Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2016
11:11
Bakı-Quba yolu buz bağlayıb

“Baş Dövlət Yol Polisi İdarəsinə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi barədə heç bir məlumat daxil olmayıb”.

Bu barədə məlumat verən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sürücülərə və piyadalara hava şəraitinə uyğun hərəkət etmələrini bildirir:

“Hava şəraiti ilə bağlı bildirim ki, hazırda Bakı-Quba yolunun 150 kilometrliyindən 178-ci kilometrinə qədər yolun hərəkət hissəsi buzdur, qar yağır. Lakin buna baxmayaraq, qarın təmizlənməsi üçün yollarda texnika işləyir. Bakı-Qazax yolunun Qazax rayonu ərazisində isə güclü qar yağır, buna baxmayaraq nəqliyyat vasitələrinin hərəkəti var. Digər yerlərdə isə hava şəraiti ilə bağlı çətinlik yoxdur”.

Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə sürücüləri respublikada  hava şəraitinin pisləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə diqqət yetirməyə çağırır:

“Hələ şənbə günündən etibarən hava şəraitinin pisləşəcəyi, sulu qar və qar yağacağı, yolun hərəkət hissəsinin buz bağlayacağı barədə sürücülərə xəbərdarlıq edilib. Bu səbəbdən də bir daha yola çıxan sürücülərə metroloji şəraiti nəzərə alaraq uyğun sürət seçmələrini, yollarda son dərəcə diqqətli olmalarını tövsiyə edirik. Eyni zamanda belə havalarda nəqliyyat vasitələrini idarəetmə təcrübəsi olmayan sürücülərə mümkün qədər avtomobildən az istifadə etmələrini bildiririk.

Xüsusilə də piyadalara yolları yalnız müəyyən olunmuş ərazilərdə-yeraltı, yerüstü keçidlərdən keçməyi, nizamlanmayan piyada keçidlərində isə yolun hərəkət hissəsinə çıxarkən xüsusilə diqqətli olmağa çağırırıq. Nəzərə almaq lazımdır ki, qarlı-buzlu hava şəraitində nəqliyyat vasitələrini artıq qısa məsafədə saxlamaq çox çətin olur, tormozlama zamanı avtomobil idarəetmədən çıxır”. 

K. Əliyev əlavə edib ki, istirahət günləri (şənbə-bazar) respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölümlə nəticələnən qəzaların hər ikisi piyada vurma ilə bağlı olub. Onlardan biri Bakı şəhəri, digəri isə Bərdə rayonunda baş verib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
419

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
357

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
351

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
370

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
368

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
483

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
481

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
474

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
547
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 05:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru