Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2016
09:09
Azərbaycanda ipoteka kreditləri üzrə məbləğlər artırılacaq

Azərbaycanda ipoteka kreditlərinin verilməsi üzrə məbləğlər artırılacaq. Bunu ANS-ə müsahibəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

Maliyyə naziri qeyd edib ki, manatın devalvasiyası və bir sıra başqa amillər da nəzərə alınmaqla ipoteka kreditləri üzrə məbləğlərin artırılmasına zərurət yaranıb:

"İpoteka kreditlərinin verilməsi üzrə məbləğlərə dəyişiklik ediləcək. Bu məsələ artıq İpoteka Fondunun ixtiyarına verilir. Hazırkı məbləğlər indiki reallıqları əks etdirmir və şübhəsiz ki, məbləğlərin artırılmasına zərurət yaranıb".

"Əvvəllər İpoteka Fondu Mərkəzi Bankın nəzdində fəaliyyət göstərirdi. Fondun faizləri də ölkə prezidentinin qərarları ilə müəyyən edilirdi. Sonradan bu məsələyə yenidən baxıldı, ölkə prezidenti haqlı olaraq bildirdi ki, faizləri prezident yox, bazar müəyyən etməlidir. Bu səbəbdən səlahiyyətlərin fonda ötürülməsi zərurəti yaranmışdı və məhz buna görə prezident tərəfindən müvafiq sərəncam imzalandı ki, İpoteka Fondunun fəaliyyəti yenidən qurulsun. Nazilər Kabinetinə tapşırıq verilib. Artıq bütün sənədlər hazırdı. İpoteka Fondu səhmdar cəmiyyət şəklində fəaliyyət göstərəcək. Onun öz müşahidə şurası olacaq. Şuraya təkcə Mərkəzi Bank deyil, bir sıra dövlət qurumlarının təmsilçiləri də daxil olacaq. Müşahidə şurasına səlahiyyət veriləcək ki, faiz dərəcələrini bazar şəraitinə uyğun olaraq çevik şəkildə tənzimləsin", - deyə Samir Şərifov qeyd edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
424

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
357

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
351

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
385

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
368

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
498

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
481

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
474

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
552
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 06:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru