Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2016
09:06
​Maliyyə Nazirliyi yaxın günlərdə manat istiqrazları buraxacaq

Azərbaycanın Maliyyə Nazirliyi yaxın günlərdə bazara manat istiqrazları təqdim edəcək. Bunu ANS-ə müsahibəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

Nazir bu istiqrazlar üzrə 11-12 faiz dərəcəsinin müəyyən edildiyini bildirib:

"Biz bu istiqrazlar üzrə yüksək faiz ödəyəcəyik. Mən vətəndaşları əllərində olan manatları bu istiqrazlara yatırmağa dəvət edirəm. Faiz inflyasiyadan bir qədər yuxarı olacaq. Yəni əgər inflyasiya 10 faizdirsə, biz təqribən 11-12 faiz dərəcəsi ödəməyə hazırıq. Bununla yanaşı daxili bazara xarici valyutada da istiqrazlar təqdim olunacaq. Hesab edirik ki, bu gün bizdə böyük həcmdə xarici valyuta mövcuddur və bu valyuta işləmir, öz sahiblərinə hər hansı bir xeyir gətirmir. Biz elə etməliyik ki, bu xarici valyuta işləsin. Məhz buna görə istiqraz buraxacağıq. Lakin xarici valyutaya böyük faiz dərəcəsi verilməyəcək. Bu ABŞ dolları üzrə təqribən 3 faiz səviyyəsində olacaq". 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
295

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
383

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
362

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
393

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
393
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2021 21:28





  [email protected]om

Valyuta.com

Рейтинг@Mail.ru