Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2016
13:08
Hamiləliyini sonlandırmaq üçün gələn ümidsiz ana körpəsini qucağına aldı

Hamiləliyini sonlandırmaq  məqsədi ilə gələn ümidsiz ana körpəsini sağ-salamat qucağına aldı. Uşaq ana bətnində olarkən böyrək əməliyyatından keçdi,  dünyaya gəldikdən sonra isə  sidik kisəsindən əməliyyat olunaraq xilas edildi.

FaktXəbər-in verdiyi məlumata görə, 14 oktyabr 2015-ci il tarixində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinə  26 həftəlik hamiləliyi sonlandırmaq məqsədi ilə ümidsiz halda hamilə qadın daxil olmuşdur. Belə ki, daha əvvəl ultrasəs müayinələrindən dölün sol böyrəyindən inkişaf edən iri ölçülü kista aşkar edilmişdir. Bu kista, getdikcə böyüyərək bütün qarın boşluğunu tamamilə tutmuşdur. 

Azərbaycan Tibb Universitetin Tədris Cərrahiyyə Klinikasının Mama-Ginekologiya şöbəsinə müraciət edən hamilə xanım şöbə müdiri Uzm.Turab Canbaxışov tərəfindən müayinə edildi və sözlərinə görə: “Pasientimiz  klinikamıza müraciət olunan zaman  ultrasəs müayinəsində döldə sol böyrək kıstasının ölçüsü 88,7 mm-ə çatmışdı. Belə ki, dölün öz bədən uzunluğu 221 mm idi. Dölün sol böyrək kıstası həm qarın boşluğundakı orqanları həm də döş qəfəsindəki ağciyər və ürəyi sıxışdıraraq, ürək fəaliyyətini zəiflətmişdi. Ultrasəs müayinəsində dölün ana bətnində ürək çatışmazlıqdan dərialtı ödem izlənilirdi və ağ ciyərlərin, ürəyin ətrafında maye

yığılmağa başlamışdı. Təcili müdaxilə etməsəydik, uşaq tələf ola bilərdi. Bu səbəbdən, dölün sol böyrək kıstasına təcili müdaxilə edərək, tək bir seansla təxminən 235 ml sidik (maye) çəkildi. Kistanın ölçüsü 90 mm-dən 21,8 mm-ə qədər kiçilmişdi və artıq dölün həyatı üçün təhlükə törətmirdi. Ürək, ağciyərlər və qarın boşluğundakı orqanların fəaliyyətləri bərpa olmuşdu. Hamilə xanım hər iki həftədən bir müayinələrə gələrək kistanın ölçüsü qeyd olunurdu və kistanın həcmi böyümədiyi üçün müdaxiləyə ehtiyac olmadı.”

Hamiləliyin 40-cı həftəsində mama-ginekologiya kafedrasının Dosenti Şölə İsmayılova tərəfindən anaya keysəriyyə əməliyyatı aparıldı və döl sağlam şəkildə dünyaya gəldi. Əməliyyat fəsadsız keçdi, lakin sol böyrək kistası hələ döl 26 həftəsindəykən çox böyük ölçülərə çatdığı üçün göbək dəliyinin tam sağalmamasına səbəb olmuşdu. Ana bətnində müdaxilə edilməsinə baxmayaraq, sidik kisəsi ilə göbək dəliyinin arasında olan axacaq tam qapanmamışdı. Nəticədə uşaq müştərək qüsurla - perforasiya olunmuş  embrional göbək dəliğiylə və sidik kisəsi ilə göbək dəliyi arası fistulası ilə doğulmuşdu. Neonatologiya şöbəsinin müdiri Səadət Yaqubovanın sözlərinə görə, belə uşaqlarda infeksiyalaşma riski çox yüksəkdir. Bu riski nəzərə alaraq, uşaq cərrahiyyəsi şöbəsinin müdiri  Tibb üzrə fəlsəfə Doktoru  Ramiz  Poluxovla konsilium aparılaraq təcili əməliyyata qərar verildi. Uşaq neonatoloji reanimasiyada əməliyyata hazırlandı və əməliyyata götürüldü.

Əməliyyatda həm embrional yırtıq ləğv olundu,  həm də sidik kisəsi ilə göbək dəliyi arasında olan həddindən artıq geniş fistula ayrılaraq tikildi. Əməliyyat uğurla başa çatdı. Əməliyyatda iştirak edən böyük briqadanın operativliyi və profesionallığı nəticəsində bütün risklərin qarşısı alındı və hər bir lazımi neonatoji tədbirlər görüldü. Hal-hazirda körpənin vəziyyəti yaxşıdı, həkim neonatoloqların nəzarəti altındadır və evə buraxılması üçün hazırlıqlar görülür. 

Xəbərlərimizi həmçinin Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
362

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
325

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
301

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
330

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
302

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
442

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
431

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
419

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
492
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2021 21:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru