Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2016
11:09
Planetlərin `paradı` başlayır

Bu gündən etibarən Yer kürəsində planetlərin düzülüşü başlayır. 

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov məlumat verib.

Onun sözlərinə görə, yanvarın 27-də Yer kürəsinin təbii peyki olan Ay öz yerini dəyişəcək, yanvarın 28-də isə artıq Yupiterin yanında olacaq: "Planetlərin düzülüşü yanvarın 29-da görünsə də bu kosmik hadisənin ən maraqlı görüntüsünü yanvarın 31-də saat 07:00-dan sonra müşahidə etmək mümkün olacaq. Belə ki, göydə ardıcıllıq üzrə Yupiter, Ay, Mars, Saturn, Venera, Merkuri düzüləcək".

X.Mikayılov qeyd edib ki, səmada göy cisimləri bir-birinə yaxın məsafədə yerləşəcəklər: "Günəş çıxdıqdan sonra onun işıltısı planetlərin görüntüsünü itirəcək. Bir sırada düzüldüyünə görə çoxları bunu "parad" kimi qəbul edir. Amma bu, planetlərin hərəkətinə görə düzülüş formasıdır".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
121

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
145

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
180

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
308
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 18:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru