Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2016
10:26
Həyəcan siqnalı: İnformasiya müharibəsinə hazır olun

Azərbaycan terrora qarşı informasiya müharibəsinə hazır olmalıdır.

Bunu təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov müasir dövrdəki terror və informasiya müharibələrinin texnologiyalarını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, indiki dövrdə yeni texnologiyaların icadı ilə yanaşı, yüksək səviyyəli terror ideologiyası və texnologiyası da yaradılıb: "Qarşıya hansısa siyasi məqsəd qoyulur, buna uyğun layihə, plan hazırlanır. Onların həyatı keçirilməsi üçün isə insanlar lazımdır. İnsanlar da, məsələn, "İslam Dövləti" pərdəsi altında bütün dünyadan müxtəlif millətlərin nümayəndələri hansısa şəkildə İraq və Suriyaya toplaşır. Ola bilər ki, onların sayı çox deyil, amma onlar bu "dövlət"i dəstəklədiyini ifadə və və təbliğ etmək məqsədilə Youtube-da proqramlar təşkil edir, elektron jurnallar yayır, internetdə fikirlər paylaşır və guya Allah yolunda şəhid olmağa hazır olduqlarını, Allah və din uğrunda mübarizə apardıqlarını bildirirlər.

Bunların arasında çinli və yaponlardan tutmuş afrikalılara, amerikanlaradək müxtəlif xalqların, millətlərin nümayəndələri var. Beləliklə, geniş coğrafiyada böyük bir icma yaradılıb. Bu şəxslər çıxışlar edir, bəyanatlar verirlər. Bu, terrorizmin ideologiyasıdır ki, onlar guya "İslam dövləti" quracaqlar və s. işlər görəcəklər. Beləliklə, cəlb edilən insanlardan böyük siyasi oyunlar üçün istifadə olunur. Əslində isə ideoloji pərdə altında hərbi hazırlıq gedir. Bundan əlavə, onların sistemli şəkildə maliyyələşməsi təmin olunur".

Qrup rəhbəri qeyd edib ki, həmin terroristlərdən böyük hərbi qüvvələr yaradılır. Onların əsas insan qaynağı isə şimali və mərkəzi Afrikadakı işsizlik və yoxsulluğun baş alıb getdiyi müsəlman ölkələrindən olan şəxslərdir. Bunların arasında Tunis, Mərakeş, Suriya, İraq, Liviya, Əfqanıstan və s. adını çəkmək olar: "Şüuru İslamla pərdələnmiş yalançı idelogiya ilə yuyulmuş insanlardan xüsusi hərbi ölüm dəstələri yaradılır. Həmin terrorçular xüsusi təlimlər keçir. Daha sonra bu dəstələr bir ölkədən digərinə atılır. Məsələn, İŞİD əvvəlcə İraqda yaradılmışdı, ikinci mərhələdə onlar Suriyanın bir hissəsini ələ keçirdilər. İndi də deyilir ki, İŞİD-in dəstələri Əfqanıstanda peyda olub. Bunlar hər hansı ölkəyə yönəldildiyində ora müdaxilə edib həmin ölkəni çökdürmək məqsədilə yaradılmış mobil hərbi qruplardır".

E.Ələsgərov bildirib ki, terrorçuların fəaliyyətini dünyada güclü informasiya şəbəkələri himayə edir: "Biz bunu Liviyada da gördük, indi Suriyada da görürük. Onlar guya ki insan haqları uğrunda savaşırlar. İndi insan haqları bir yana qalıb və guya ölkəsini azad etməyə çalışırlar. Son zamanlar isə ən dəbdə olan məsələ budur ki, guya onlar sünni-şiə davası aparırlar, guya bunlar vəhabilərdir və əsas hədəfləri də şiələrdir. Amma sonra məlum olur ki, onlar elə sünnilərin də başını kəsirlər. Ortaya qarmaqarışıq, yalanla həqiqətin ayrılması mümkün olmayan informasiyalar yayılır. Məlum olur ki, onların layihələrinin bir hissəsi də İslam dinini dünyada gözdən salmaqdır".

Elə bu səbəbdən də ekspert hesab edir ki, biz də informasiya müharibəsinə hazır olmalıyıq: "Bunun üçün bizim kütləvi informasiya vasitələrinin boynuna böyük öhdəliklər düşür. Biz ayıq olmalı, hadisələrə səthi yox, daha dərindən yanaşmalıyıq. Bəzən kimsə nəsə yazır, bizimkilər də onu götürüb Azərbaycan əhalisinə eləcə olduğu kimi də təqdim edir. Biz cəmiyyətimizi, insanların beynini xaricdən gələn yalanlardan qorumalıyıq".

Xəbərlərimizi həmçinin Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
120

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
170

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
282

Kabilə bir neçə raket mərmisi atılıb

17

Sentyabr
10:15
DÜNYA
260
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 16:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru