Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Yanvar

2016
11:55
Azərbaycanın neft pulları necə talanır? Sensasion dosye - FOTO
Azərbaycan məmurunun arvadı Türkiyədə 20 milyon dollara 16 villa alıb

Virtualaz.or saytının redaksiyasına Azərbaycan neftinin pullarının necə talanmasına dair sensasion dosye daxil olub. Dərhal qeyd edirik ki, bu irimiqyaslı korrupsiya əməlinə dair sənədlərin mənbəyi Türkiyədəki həmkarlarımızdır. Və biz belə başa düşürük ki, öz növbəsində türkiyəli jurnalistlərə yüksək vəzifəli azərbaycanlı məmuru ifşa edən bu dosyeni onun kompanyonları sızdırıblar.

Belə görünür ki, həmin azərbaycanlı məmur türkiyəli podratçılar qarşısında öz öhdəliklərini yerinə yetirməyib, beləliklə də onlar həmin zəngin və nüfuzlu məmurdan qisas almaq qərarına gəliblər.

Lakin bu məsələdə bizi türklərin motivi qətiyyən maraqlandırmır. Bizi heyrətə salan Azərbaycanın pullarının necə talan edilməsini və həmin məmurun korrupsioner fəaliyyətini əks etdirən təkzibedilməz faktlardır.

Beləliklə, 2014-cü il iyulun 4-də Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızı Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alıb. Könül Mehdiyeva bu əmlakı hansısa Alik Dunkan Morrison və Karen Meri Morrison adlı şəxslərdən satın alıb.

Vətəndaş Mehdiyeva bu əmlakı almaq üçün 20 milyon dollar ödəyib. Redaksiyamızın sərəncamında Mehdiyevanın mülkləri almaq üçün qucaq dolusu milyonlarla dollar nəğd pulu necə ödədiyinə dair videokadrlar və fotolar var.

Sual yaranır-bəs Türkiyənin kurort bölgəsində daşınmaz əmlaka 20 milyon dollar kapital qoyan bu biznesvumen kimdir?

Vətəndaş K.Mehdiyeva Salyan  rayonunda anadan olub, işləmir. Əvəzində onun əri Azərbaycanda yaxşı tanınan şəxsdir. K.Mehdiyevanın əri dövlət neft şirkəti SOCAR-da tanınmış vəzifəli şəxs Qiymət Mehdiyevdir. O da Salyanda anadan olub.

Qiymət Mehdiyev əvvəllər Azərbaycan Dövlət Neft Akademiyasında, indiki Neft və Sənaye İnstitutunda müəllim işləyib. Lakin SOCAR-da vəzifəyə təyin olunandan sonra sürətlə varlanıb. Q.Mehdiyev SOCAR-ın əsaslı kapital qoyuluşları İdarəsinin rəis müavinidir. Onu Azərbaycanın ən varlı və əliaçıq adamlarından biri kimi xarakterizə edirlər. SOCAR sistemində tikintilər üzrə bütün podrat işlərinə Qiymət Mehdiyev məsuldur. Əlbətdə, bu məmurun rəsmi maaşı Türkiyədə daşınmaz əmlaka yatırılan pullarla müqayisədə cüzidir, ayda cəmi bir neçə min manatdır. Razılaşın ki, xaricdə on milyonlarla dolları daşınmaz əmlaka birdən yatırmağa ancaq amerikalı milyarder  Uorren Baffet kimilərinin gücü çatardı.

Lakin mötəbər mənbələr deyir ki, Qiymət Mehdiyev SOCAR-n vitse-prezidenti Mikayıl İsmayılovun ən etibarlı adamıdır, onun “sağ əli”dir. M.İsmayılov oxuculara tanış personajdır. O, SOCAR sistemində faktiki olaraq boz kardinaldır, şirkətdə bütün tikinti və maliyyə işlərini o kurasiya edir. Və M.İsmayılov bütün şübhəli layihələrini etibarlı adamı Qiymət Mehdiyevin əli ilə həyata keçirir.

Olduqca ciddi korrupsiya əməlinə dəlalət edən faktlar ortadadır. Və prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında israrlı çağırışlarını nəzərə alaraq hüquq mühafizə orqanları, ilk növbədə Baş prokurorluq SOCAR-ın vəzifəli şəxslərindən birinin arvadının Türkiyədə 20 milyon dollara daşınmaz əmlak almasını təcili araşdırmalıdır. Bu fakt ölkədən kapitalın necə çıxarıldığına bir daha dəlalət edir!

Dövlət büdcəsini talayırlar, vəsaitləri mənimsəyirlər və Bodrumda yüzlərlə sot torpaq sahəsinə, 16 villaya yatırırlar. İnanın ki, bu hələ Mikayıl İsmayılov-Qiymət Mehdiyev duetinin korrupsioner fəaliyyətinə dair ilk faktdır. Türkiyəli həmkarlarımız bizə SOCAR sistemindəki dəhşətli korrupsiyanın izinə düşməyə kömək edən yeni faktlar verəcəklərini vəd ediblər. Biz isə hələlik Qiymət Mehdiyevin və onun şefi Mikayıl İsmayılovun reaksiyasını gözləyirik...

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
70

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
130

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
170

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
287
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 17:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru