Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2016
09:54
Hündürmərtəbəli binalarda yaşayanlara ŞOK XƏBƏR

Alimlər hündürmərtəbəli binalarda, xüsusilə də, göydələnlərdə yaşamağın ölüm riskini artırdığını açıqlayıblar. Onların fikrincə, belələrinə infarkt keçirdiyi təqdirdə müdaxilə etmək mümkün olmur. 

Kanadada aparılan araşdırmadan sonra bu qənaətə gəlinib ki, hündürmərtəbəli binalarda yaşayanların infarkt keçirdikdən sonra həyatda qalmaq şansları yarıbayarı azalır.

 

"St Michael's" xəstəxanasının həkimlərinin açıqlamalarına görə, buna səbəb xəstəyə vaxtında müdaxilə edilə bilməməsidir. Həkimlər bildiriblər ki, infarkt keçirən xəstəyə 1 dəqiqə gec müdaxilə edildikdə onun yaşama şansı 10 faiz azalır.

 

Statistikalar da həkimlərin sözlərini təsdiqləyib. Belə ki, 5 il ərzində infarkt keçirən 8 min insan arasından 16-cı (və daha yuxarı) mərtəbədə yaşayanlardan yalnız 9 faizi xilas ola bilib.

 

25-30 arasındakı mərtəbələrdə oturan 30 ürək xəstəsinin heç biri infarktdan sonra həyatda qala bilməyib.

 

Alimlər bildirirlər ki, göydələnlərdə mütləq təcili yardım zamanı istifadə edilə biləcək xüsusi liftlər olmalı və ya hər 5 mərtəbədən bir xəstəyə ilkin müdaxilə edə biləcək tibb bacıları dayanmalıdırlar.

Xəbərlərimizi həmçinin Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
1161
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 07:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru