Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2016
10:46
Kredit borcu hansı valyuta ilə ödənməlidir?
Konstitusiya Məhkəməsinin qərarı vətəndaşın hüquqlarının pozulmasına şərait yaradır

Qurban Məmmədov

Əziz həmvətənlər! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli QƏRARI, əslində bu problemə mahiyyətcə və vacib olan rakursdan baxmayıb.

Yəni ən vacib problemə aydınlıq gətirilməyib.

Həmin qərar əslində, hamıya aydın olanların təkrar edilməsidir. Diqqət edin, KM-nin qəbul etdiyi Qərar budur:

1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” və həmin Məcəllənin 439.2-ci maddəsinin “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləndirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir.

2.Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur.

3.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyutada təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur.

4.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir.

5.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur.

6.Əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilsin

Bu qərar, 3-cü bənd istisna olmaqla, əsas etibarilə, Konstitusiya və qanunlarımıza uyğundur. KM qeyri-adi bir mövqe sərgiləməyib və yeni elmi, hüquqi yanaşma göstərməyib. Əksinə, mən deyərdim ki, Qərarın 3-cü bəndi yaranmış problemi bir az da mürəkkəbləşdirib və qanunun özündəki aydınlığı, müəyyənliyi, başa düşülənliyi daha da çətinləşdirib və qeyri-müəyyən vəziyyət yaradıb.

KM-in bu Qərarının 3-cü bəndinə əlavə bir orqanın izahına ehtiyac var. Təəssüf, belə bir orqan da yoxdur. Məncə, Parlament bu məsələni ayrıca bir iclasda səlahiyyətli mütəxəssislərin iştirakı ilə tezliklə müzakirəyə çıxarıb MM-nin 439-cu maddəsindəki nöqsanları aradan qaldırmalıdır.

Nədir problem?

Qərarın 3-cü bəndinə nəzər salaq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur.

439.1-ci yarımmaddədəki ikinci cümləni KM, nədənsə, nəzərdən qaçırıb, ona görə də səhv nəticə çıxarılıb. Bir maddənin təfsirində isə, hər hansı cümləni kontekstdən çıxararaq, müstəqil, o biri cümlələrlə əlaqəli olmadan qiymətləndirmək təfsir qaydalarına ziddir. “Pul öhdəliyi manatla ifadə edilməlidir” cümləsindən sonra qanunverici yazıb: “Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər”.

Sual: bir ingilis və ya amerikalı gəlib Azərbaycanda dükandan dollarla və ya funt sterlinqlə çörək ala bilərmi? Yox, təbii ki. Bu, Konstitusiyamızın 19-cu maddəsinin III hissəsinin tələblərinə zidd olardı: “Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır”.

Bəs onda MM-nin 439.1-ci yarımmaddəsinin ikinci cümləsindəki “xarici fiziki və ya hüquqi şəxsdirsə” sözləri hansı münasibətlərin iştirakçısı olan xaricilərdən danışır ki, onlara öz pul öhdəliklərini xarici valyutada da müəyyənləşdirmək hüququ verilib. Hər halda, bu hüququn Respublikamızdakı “mübadilə münasibətlərində” olmadığı birmənalıdır. Konstitusiyanın 19-cu maddəsi bunu qeyri-mümkün edir. Deməli, bu hüquq, bu imkan yalnız kredit münasibətlərinə, borc münasibətlərinə, xarici hüquqi və fiziki şəxslərin iştirakı ilə aparılan xarici ticarət əlaqələrinə, bir sözlə, tədavül sferasından kənar bütün mülki münasibətlərə aiddir. Əgər belədirsə, bu həqiqətən də belədir, onda 439.1-ci yarımmaddənin birinci cümləsindəki “pul öhdəliyi manatla ifadə edilməlidir” cümləsinin KM tərəfindən “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur” – hüquqi mövqeyi yanlışdır və qanunvericinin mövqeyini düzgün əks etdirmir və onun iradəsini təhrif edir. Çünki bu iki cümlənin bir maddədə, ardıcıl və ikinci cümlədəki fikrin birinci cümlədəki fikrə əks mənada, istisna mənasında işlədilməsi sübut edir ki, elə birinci cümlənin özü də kredit münasibətlərinə aiddir: “pul öhdəliyi manatla ifadə edilməlidir”. Kredit götürən şəxs məhz pul öhdəliyi götürmüş olur və banka da pul ödəməlidir, əmtəə və ya xidmət yox. Yoxsa, qanunvericiyə nə düşüb ki, xarici fiziki və hüquqi şəxslərin pul öhdəliklərinin “xarici valyutada da müəyyənləşdirilə biləcəyi” barədə norma qəbul etsin. Deməli, bu qayda kredit münasibətlərinə aid olduğu kimi, bu cümlədən əvvəl gələn “…pul öhdəliyi manatla ifadə edilməlidir” cümləsində ifadə edilən hüquqi mövqe də kredit münasibətlərinə aiddir. Sadəcə olaraq, bu, Azərbaycanda mülki münasibətlərə girən azərbaycanlı, yerli hüquqi və fiziki şəxslərə şamil edilir. Bu qədər aydın və bəsit ifadələri KM-in qanunun ruhuna və mahiyyətinə zidd təfsir etməsi hüquq və qanunla yox, siyasi və maddi maraqlarla bağlıdır. Açıq desək, KM bankların mənafeyinə xidmət edən, Konstitusiyamıza və MM-in 439.1-ci yarımmaddəsində qanunvericinin açıq ifadə edilən iradəsinin əleyhinə qərar qəbul edərək öz tarixinə qara bir ləkə salıb. KM-in Qərarının bu bədnam 3-cü bəndi sağlam məntiqə də ziddir. Qərarı bir də oxuyaq: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin ”pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur”. Belə məntiq olurmu? Yarımmaddədəki birinci cümlə bir növ mülki münasibətlərə, ikinci cümlə isə başqa növ münasibətlərə, yəni kredit münasibətlərinə aiddir. Onda bu normalar Mülki Məcəlləyə niyə salınıb?

– Kredit münasibətləri mülki münasibətlər deyilmi? Mülki münasibətlərdir. – Maddədə kredit sözü keçirmi? Keçmir.

– Əgər qanunverici bu müddəanı, yəni 439.1-ci yarımmaddədəki ikinci cümləni yalnız kredit münasibətlərinə aid edirsə, bunu nə üçün açıq ifadə etməyib və bu müddəanı məhz özündən əvvəlki cümlə ilə əlaqəli verib? Çünki bu müddəa ümumi xarakterlidir və bütün mülki münasibətlərə, o cümlədən də, kredit münasibətlərinə aiddir.

– Azərbaycan firmaları xarici firmalarla alğı-satqı və sair mülki müqavilələr imzalayarkən, müqavilədə ödənişlərin dollarla aparılması barədə qayda müəyyənləşdirə bilməzlərmi? Bu ki kredit münasibətləri deyil. Müəyyənləşdirə bilərlər. Bu, MM-in 439.1-ci maddəsinin tələblərinə tamamilə uyğundur.

Bir sözlə, Konstitusiya Məhkəməsi Qərarın 3-cü bəndi ilə Milli Məclisin iradəsini, faktik olaraq, təhrif etmiş, Konstitusiyamıza və qanunlarımıza zidd hüquqi mövqe müəyyənləşdirməklə vətəndaşlarımızın hüquqlarının kütləvi şəkildə pozulması üçün şərait yaratmışdır. Bu çox böyük problemdir və dərhal Milli Məclis bu məsələyə aydınlıq gətirməlidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
424

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
357

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
351

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
390

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
378

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
513

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
486

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
474

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
557
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 07:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru