Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2016
09:58
Yol polisi sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə sürücüləri respublikada hava şəraitinin pisləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə diqqət yetirməyə çağırıb.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, respublika ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var və sürücülər buna hazır olmalıdır: “Texniki cəhətdən nasaz olan, əsasən? şinlərinin zehləri yeyilmiş avtomobillərin sürücülərindən, eləcə də təcrübəsi az olan sürücülərdən xahiş olunur ki, qarlı-çovğunlu günlərdə nəqliyyat vasitələrindən mümkün qədər istifadə etməsinlər. Buzlu yolda hərəkət edərkən yola çıxmazdan əvvəl avtomobilin əyləc və sükan sistemlərini, təkərlərin vəziyyətini yoxlasınlar. Sürücülərdən tələb olunur ki, hərəkət sürətini, digər avtomobillərlə ara məsafəsini yol örtüyündən və hava şəraitindən asılı olaraq düzgün seçsinlər”.

K. Əliyev qeyd edib ki, hazırda magistral yollarda qar olsa da, bu, nəqliyyatın hərəkətində məhdudiyyət yaratmayıb: “Respublikanın bütün istiqamətlərində yollar nəqliyyatın hərəkəti üçün açıqdır”.

K. Əliyev bildirib ki, istirahət günləri (şənbə-bazar) respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölümlə nəticələnən qəzaların hər ikisi piyada vurma ilə bağlı olub. Onlardan biri Bakı şəhəri, digəri isə Bərdə rayonunda baş verib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
419

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
357

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
351

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
370

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
368

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
483

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
481

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
474

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
547
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 05:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru