Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

21 İyul

2017
18:16
3959
General Əhməd Əhmədovun qardaşı oğlunun para sevgisi- ŞOK FOTOLAR

FaktXəbər-in məlumatına görə, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri general Əhməd Əhmədovun “vurulacağı” ilə bağlı hələ 10 gün əvvəl "Günüsəsi"nin yaydığı informasiya özünü doğrultdu. Artıq bir neçə gündür ki, vəzifəsindən kənarlaşdırılan nazirin səlahiyyətləri onun müavini Səbuhi Novruzova həvalə edilib.

Bu arada Azərbaycan Daxili İşlər Nazirliyindən getmiş xüsusi qrup Əhməd Əhmədovun fəaliyyətini təftiş edir. Məlumatda qeyd olunur ki, çoxsaylı pozuntular aşkarlanıb və ciddi tədbirlərin görüləcəyi qaçılmazdır.

Naxçıvandakı mənbələrimiz Əhməd Əhmədovun yaxınlarının təmtəraqlı həyat təzri barədə bizi bilgiləndirib. Məlum olub ki, nazirin yaxın qohumları, xüsusilə, onun qardaşı Əvəz Əhmədovun oğlu Fuad Əhmədovun xüsusi yaşam tərzi olub. Xüsusilə, pul sevgisi ifrat dərəcədə olan bu gənc öz varidatını sosial şəbəkələrdə ictimailəşdirməkdən belə çəkinməyib. Atası ilə birgə nazir işləyən əmisinin biznesiylə məşğul olan Fuadı dostları kef məclislərində külli miqdarda vəsait xərcləməsi ilə də tanıyır.

Fuad Əhmədovun sosial şəbəkədəki paylaşımlarını təqdim edirik:

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2017 06:39

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru