Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

12 Sentyabr

2017
14:32
536
Güclü külək Zaqatalada fəsadlar törədib

Güclü külək Zaqatalanın bir sıra kəndlərində fəsadlar törədib.

Sentyabrın 11-i axşam saat 21 radələrindən başlayaraq sentyabrın 12-nə keçən gecəyə qədər Zaqatala rayon ərazisində qeyri-sabit hava şəraiti hökm sürüb.

Rayonun 3-cü Tala, Muğanlı və Yolayrıc kəndlərində qısamüddətli güclü küləklə müşayiət edilən leysan yağıb. Güclü külək nəticəsində Yolayrıc kəndində bir neçə evin, 20-dən çox tövlə və talvarın dam örtüyü uçub, ağaclar yıxılıb, elektrik dirəkləri və naqillərə zərər dəyib.

Nəticədə rayonun bəzi ərazilərində elektrik enerjisi verilişində fasilələr yaranıb. Hazırda kənd sakinləri və aidiyyatı qurumlar fəsadların aradan qaldırılması ilə məşğuldur.

Zaqatala Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, yaxın saatlarda bu ərazilərdə elektrik enerjisi verilişi tam bərpa ediləcək.

Məqalədə : Zaqatala güclü külək 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru