Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Sentyabr

2018
09:07
“Bakı Kristal zalı” 10 milyon zərər edib

“Bakı Kristal zalı” MMC 2017-ci ili 10 milyon 460 min manat zərər ilə başa vurub. Bu, 2016-cı illə müqayisədə 35,5% çoxdur. MMC 2016-cı ili 6 milyon 747 min manat zərər ilə bağlamışdı.

“FaktXəbər”-in məlumatına görə, bu rəqəm MMC-nin maliyyə hesabatında yer alıb. Hesabata görə, “Bakı Kristal zalı”nın 2017-ci ildə cəmi əməliyyat gəliri 2016-cı illə müqayisədə 4 dəfə artaraq 369 min 481 manata yüksəlib. MMC 2016-cı ildə 91 min 124 manat cəmi əməliyyat gəliri əldə etmişdi.

“Bakı Kristal zalı”nın cəmi əməliyyat xərcləri isə 58% artaraq 10 milyon 830 min  manat təşkil edib. Xərclər gəlirləri kəskin üstələdiyindən “Bakı Kristal zalı” zərərdədir.

Ötən ilki xərclərin dəyişməz qalacağını hesab etsək, “Bakı Kristal zalı” xərclərini bağlamaq üçün cəmi gəlirlərini 30 dəfə artırmalıdır. Nəzərə alsaq ki, gəlirlərin artırılması xərcləri də artırır. Belə olan halda MMC daha böyük məbləğlərdə gəlirlər hədəfləməlidir.

Hazırda “Bakı Kristal zalı” MMC  xərclərini dövlətin ayırdığı sərmayəsindən qarşılayır.

Məqalədə : Bakı Kristal Zalı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 13:52



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com