Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Bakıda iki nəfərin ölümünə səbəb olduğu üçün 10 il müddətinə azadlıqdan məhrum edilmiş məmur oğlu Xalid Mədətov dünən əfv edilib. FaktXəbər-in avtosfer.az-a istinadən verdiyi məlumata görə, Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamında Xalid Mədədovun da adı var. Mədətov Xalid Mübariz oğlu, 1976-cı ildə anadan olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 11 sentyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.
2014-cü il martın 15-də Suraxanı rayonunda Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun idarə etdiyi “Mercedes-Benz G-55” markalı 90-FE-007 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşub. Nəticədə “VAZ-2106”da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü, xalq artisti Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.
Yol nəqliyyat hadisəsinin Xalid Mədətov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutulub. X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilib. Oğlunun həbsindən bir müddət sonra Prezident İlham Əliyev Mübariz Mədətovu məmur adına yaraşmayan hərəkətlərə yol verdiyinə, məmur etikasına əməl etmədiyinə, övladı ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə vəzifəsindən azad edib.
- 24-04-2018 11:29 Gözəl Bayramlı və Əfqan Muxtarlının vəkilinə qadağa
- 24-04-2018 10:56 Eldar Mahmudova qarşı məhkəmə başlayıb
- 24-04-2018 10:37 Hüseyn Abdullayev vəkili ilə görüşdü
- 23-04-2018 18:40 Yol polisi sürücülərə texniki baxışla bağlı son xəbərdarlıq edib
- 23-04-2018 16:15 Taleh Bağırovun apellyasiya şikayəti təmin edilməyib
- 23-04-2018 15:53 Keçmiş MTN-çilərdən ikisi azadlığa çıxdı
- 23-04-2018 15:46 General Sübahir Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib - YENİLƏNİB
- 23-04-2018 11:24 DTX gizli ibadətxana aşkarlayıb
- 21-04-2018 15:35 Məhkəmə ANS-lə bağlı qərarını açıqlayıb
- 20-04-2018 16:56 Eldar Mahmudovdan 100 min manat təzminat tələb edilir
- 20-04-2018 16:52 Siqaretlə bağlı daha bir QADAĞA
- 20-04-2018 15:28 "Beynəlxalq Bank"ın əməkdaşlarının məhkəməsi başlayıb
- 20-04-2018 14:51 Azərbaycanda sponsor reklamı ilə bağlı qaydalar dəyişir
- 20-04-2018 11:49 Yol polisi 74 sürücünün hüququnu pozub - RƏSMİ
- 20-04-2018 11:39 İntihar edən MTN-çinin əmlakı ailəsinə qaytarılmadı
- 20-04-2018 09:24 Ötən gün ölkədə 105 cinayət faktı qeydə alınıb
- 20-04-2018 09:19 Sumqayıtda 15 yaşlı gənc itkin düşüb - FOTO
- 19-04-2018 16:12 Aliment fondu yaradılmalıdır - Elmira Süleymanova
- 19-04-2018 13:57 DİN: Taleh Xasməmmədov polisi xəstəxanalıq edib
- 19-04-2018 12:13 "Rahat" market oğrunun döyülməsini təkzib etdi - VİDEO
- 19-04-2018 09:57 Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
- 18-04-2018 11:15 "Range Rover"lə 4 yaşlı övladını vuraraq öldürüb
- 18-04-2018 09:10 Neftçalada kütləvi dava zamanı bıçaqlanan şəxslərin kimliyi müəyyənləşib
- 17-04-2018 16:40 Konstitusiya Məhkəməsi seçkinin nəticələrini tanıdı
- 17-04-2018 16:35 Qəzadan yayınmaq istədi

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
24-04-2018 12:45
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]