Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Yanvar

2016
14:20
Neftin qiyməti 50 dollar olacaq
"Qara qızıl"ın 2017–ci ildə 70 dollaradək bahalaşacağı proqnolaşdılır

Mərkəzi ofisi Londonda yerləşən “Andurand Capital Management” fond idarəçiliyi şirkətinin qurucusu Pier Andurand neftin barrel qiymətinin bu il 50 dollara, 2017–ci ildə isə 70 dollaradək bahalaşacağı qənaətindədir.

P.Andurandın fikrincə ötən dövrdə neftin qiyməti ən aşağı səviyyəyədək ucuzlaşıb, amma bundan sonra bahalaşaraq bu ili artımla tamamlayacaq.

P.Andurand daha öncə neftin qiymətinin bu ilin birinci rübündə 25 dollaradək ucuzlaşacağını proqnozlaşdırmışdı.

Xatırladaq ki, yanvarın 20-də “Layt” markalı neftin bir barreli 26,19 dollaradək ucuzlaşmışdı.

Bundan əvvəl isə dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” neftin qiymətinin 20 dollaradək ucuzlaşcağı ilə bağlı proqnoz vermişdi.

“Əgər belə davam edərsə neftin qiymətinin 20 dollaradək ucuzlaşması riski var və bu da istehsal sahələrinin bağlanmasına gətirib çıxaracaq”, deyə “Goldman Sachs”ın əmtəə üzrə direktoru Jeffrey Kurrie bildirib.

“IHS Global Insight”ın neft bazarları üzrə direktoru Spenser Velç isə deyib: “Neftin qiymətlərinin gündəlik və ya bir neçə günlük gedişatını qiymətləndirərək 20 dollar/barrel səviyyəsinə düşəcəyini demək olar. Lakin qiymətin bu səviyyədə qalıb-qalmayacağı və ya nə qədər qalacağı barədə fikir bildirmək isə çox çətindir”.

Bundan başqa, Çindəki iqtisadi yavaşlama və bununla əlaqədar olaraq neft tələbatının azalması, həmçinin də xam neft hasilatının günbəgün artması da qiymətlərə öz mənfi təsirini göstərir.

Son günlər dünyanın aparıcı investisiya bankları, analitiklər neftin dünya bazarındakı qiymətləri ilə bağlı bədbin proqnozlar verirlər.

Rusiya maliyyə naziri Anton Siluanov da neftin 2016-cı ildəki qiyməti ilə bağlı proqnoz verib. O bildirib ki, gələn il neftin bir barelinin qiymətinin 40 dollar olacağı gözlənilir. Daha sonra nazir ehtiyat edərək bəyan edib ki, Rusiya neftin barelinə görə istənilən qiymətə hazır olmalıdır.

Hazırda dünya birjalarında “Brent” markalı neftin qiyməti 32.18 dollar, “Texas” (WTI) markalı neftin qiyməti qiyməti 32.21 dollardır.

“AzəriLayt” markalı neftin bir barreli 2,59 dollar bahalaşaraq 33,06 dollara satılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
429

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
357

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
351

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
390

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
378

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
513

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
486

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
479

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
557
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 07:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru