Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2016
12:43
Su maşını qəza törətdi, yaralılar var - VİDEO

Yaralılardan biri Göygöl Mərkəzi Rayon Xəstəxanasına digər ikisi isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. 

Şahin Quliyev - həkim: "Səhər saatlarında bizim şöbəyə avtoqəza nəticəsində iki xəstə daxil olub. Onlardan birinin xəsarətləri yüngül digərində isə nisbətən ağır idi. Yaralılardan biri evə buraxılsa da, kəllə-beyn travması alan xəstə palataya yerləşdirilib".

Kəlbəcər sakini Natiq Qurbanovun da xəsarətləri ciddi olmadığından ilkin tibbi yardımdan sonra evə buraxılıb. Hadisə zamanı avtomobillərə xeyli ziyan dəyib. Qəzanın səbəbləri Gəncə şəhər Dövlət Yol Polisi şöbəsində araşdırılır. 

09:03

Səhər saat 8 radələrində Gəncə şəhərinin Gülüstan qəsəbəsi ərazisində yol qəzası baş verib.

Yanacaqdoldurma məntəqəsindən çıxan "QAZ 53" markalı su maşını əsas yolla Göygöl istiqamətində hərəkət edən minik avtomobili ilə toqquşub. Qəza nəticəsində su maşının sürücüsü, Kəlbəcər sakini Natiq Qurbanov, digər avtomobilin sürücüsü Bakı sakini Yadigar Əhmədov, sərnişin Asəf Amanov xəsarət alıblar.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar. Hadisə zamanı avtomobillərə də xeyli ziyan dəyib. Qəzanın səbəbləri Gəncə şəhər Dövlət Yol Polisi şöbəsində araşdırılır. /Kepeztv

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
120

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
170

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
282

Kabilə bir neçə raket mərmisi atılıb

17

Sentyabr
10:15
DÜNYA
260
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 16:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru