Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2016
11:30
Milli Məclisin yaz sessiyasının ilk iclasına 16 məsələ çıxarılır

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının gündəliyi məlum olub. Bu barədə açıqlama verən parlamentin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, iclasın gündəliyinə 16 məsələ daxil edilib.

“Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi, komitələrin yeni üzvlərinin təsdiqlənməsi, həmçinin parlamentin 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planının təsdiq olunması məsələlərinə baxılacaq. Bundan başqa, gündəliyə Azərbaycanın bir neçə ölkələrlə imzaladığı hökumətlərarası sazişlərin təsdiqi ilə bağlı sənədlər də daxil edilib”. 

A.Təvəkküloğlu bildirib ki, gündəlikdə "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlara, Miqrasiya, Cinayət Prosessual və İnzibati Xətalar məcəllələrinə, eləcə də bir sıra qanunlara əlavə və dəyişikliklər edilməsi daxil edilib.

Parlamentin yaz sessiyasının 1-ci iclası fevralın 1-də keçiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əhməd Məsud bəyanat yayıb

28

Sentyabr
11:14
DÜNYA
95

AMB-nin valyuta məzənnələri

28

Sentyabr
09:14
İQTİSADİYYAT
225

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
390
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2021 11:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru