Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Mart

2017
16:47
652
Futbolda hakimlərin yaranma tarixçəsi

İnanılması çətin olsa da  futbolda uzun müddət arbitrsiz keçinilib. XIX əsrin ortalarında  ingilis  komandalar oyundan əvvəl  əvvəlcədən oyunçuların sayı və oyunun müddəti  barədə razılığa gəlirdilər. 

FaktXeber.com bu gün sizlərə futbolda  hakimlərin meydana gəlməsinin maraqlı tarixçəsi barədə məlumat verəcək.

Yuxarıda da deyildiyi kimi, əvvəllər futbolda centlmen ruhu qorunurdu. Mübahisəli anlar birgə həll olunurdu, hər bir oyunçu meydana çıxmazdan əvvəl qaydaları öyrənməli idi.

Lakin bir dəfə İton və Vinçesterin tələbə qrupları  oyuna «vasitəçilərin» buraxılması təşəbbüsü ilə çıxış etdilər. Hər bir  komandanın qapısının yanında  bir vasitəçi dururdu. O, vurulan qolları hesablayır və  qapıya hakimiyyəti müəyyənləşdirirdi. Əlbəttə ki, bu barədə futbolçuların özləri xahiş etməli idi.

Yavaş –yavaş oyuna vasitəçilərdən əlavə, bir referi seçməyə başladılar. O, meydandan kənarda olurdu və vasitəçilər məsuliyyəti boyunlarından atarlarsa, qərar verirdi.

1881-ci ildə referinin üzərinə topun qol olub-olmadığı barədə qərar çıxarmaq məsuliyyəti də qoyuldu. Lakinbu yenilik bir çox etirazlara səbəb oldu. Futbol klubları hesab edirdilər ki, hakim oyunun taleyinə çox böyük  təsir göstərə bilər.

Arbitr isə meydana çıxmadan əvvəlki kimi, futbola hakimlik edirdi. Onlar  meydana ancaq 1891-ci ildə görünməyə başladılar, həmin vaxt onlar oyunu idarə etmək üçün fit çalmaq yeniliyi də gətirdilər. Lakin hansısa qanun pozuntusuna görə oyunçunu bir halda cəzalandıra bilərdi: futbolçular müraciət edərlərsə.

Baş arbitrin  səlahiyyətləri 1896-cı ildə genişlənməyə başladı. Vasitəçilər isə yan hakim olmaqla kifayətləndilər: Onlar ancaq  meydandan kənar oyunu qeydə almalı idilər.

Peşəkar futbol oyununun inkişafı ilə arbitrlərə  hətta kiçik qanararlar da (hakim evindən 30 mil kənarda olardısa) ödənməyə başlandı.

Yeri gəlmişkən  futbol arbitrində  fitin meydana gəlməsinin maraqlı tarixçəsi var.

Buna qədər arbitrlər ancaq səs, yaxun kiçik zənglə komanda verirdilər. Lakin oyunların birində arbitr polis olur. Meydanda dava düşən zaman o, çox düşünmədən fitindən istifadə edir. Şoka düşən futbolçular dərhal davanı dayandırırlar.

Futbol məmurları da qərara gəlirlər ki, hakimə oyunu idarə etmək fitlə daha rahat ola bilər.

Hadisə XIX əsrdə baş versə də, hakimin fiti bu gunə qədər heç nə ilə əvəzlənməyib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru