Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

07 Dekabr

2017
11:50
3429
Fətullah Gülən 36 kameralı villada qorunur - FOTO

FaktXəbər-in məlumatına görə, Türkiyədə dövlət çevrilişində ittiham olunan və barəsində cinayət işi açılan "FETÖ" terror şəbəkəsinin lideri Fətullah Gülən ABŞ-ın Pensilvaniya ştatındakı malikanəsində yaşayır. Təhlükəsizliyi yüksək səviyyədə təmin olunan Gülənin Türkiyədə böyük şəbəkəsi var. Onun göstərişləri ilə hərəkət edən ordu və polis rəsmiləri, o cümlədən siyasətçilər Ankara tərəfindən təqib olunur. 

36 kamera ilə təhlükəsizlik

Fətullah Gülənin yaşadığı malikanəyə 36 kamera yerləşdirilib və 24 saat ərzində xüsusi briqada tərəfindən görüntülər qeydiyyata alınır. Sadəcə Gülənin çox güvəndiyi 4 şəxsin daxil olduğu təhlükəsizlik otağına isə "FETÖ" üzvləri belə buraxılmır.

Yataq otaqları da izlənilir

Təhlükəsizlik kameralarını izləyən ekranda ilk olaraq Fətullah Gülənin yataq otağı və yerləşdiyi dəhlizin görüntülərini görmək olur. Bundan sağ tərəfdə onun yataq otağının qarşısında istirahət otağı görünür. Villada heç bir yataq otağında kilid yoxdur, əvəzində hər birində təhlükəsizlik kamerası var. Bu səbəbdən bir çox "FETÖ" üzvü həyat yoldaşı ilə birgə Pensilvaniyaya gəlməkdən çəkinir.

FTB təhlükəsizliyə cavabdehdir

Malikanənin görüntüləri yalnız Fətullahın güvəndiyi adlar tərəfindən deyil, Federal Təhlükəsizlik Bürosu (FTB) tərəfindən də 24 saat qeydə alınır. Pensilvaniyadakı malikanəyə daxil olan və çıxan hər kəs izlənilir. Təhlükəsizlik kameralarının müşahidə edildiyi otaqa 24 saat 2 FTB əməkdaşı da olur. Həmçinin FTB havadan təhlükəsizliyi təmin etmək məqsədilə tez-tez helikopter vasitəsilə malikanənin üzərindən uçuşlar həyata keçirir.

Gülənlə birbaşa əlaqə qadağandır

Villadakı rəsmilərin heç biri Gülənlə  birbaşa əlaqə yarada bilmir. Yalnız təhlükəsizlik otağının rəsmiləri telefonla Fetullah Gülənlə əlaqa yaradır. Malikanədəki hər bir məsələ barəsində Güləndən əvvəl, onun sağ qolu sayılan Cövdət Türkyoluya məlumat verilir.

Ağaclara belə kameralar yerləşdirilir

Villanın ətrafından marallar keçdiyi üçün tikanlı məftil  çəkilməsinə icazə verilmir. Bu səbəbdən villanın həyətyanı sahəsində təhlükəsizliyi "FETÖ" üzvü olan mühafizəçilər və ağaclara yerləşdirilən təhlükəsizlik kameraları təmin edir.

Gizli adlar

Malikanəyə gələn hər bir şəxs barədə bir neçə gün əvvəl təhlükəsizlik otağına məlumat verilir. Bəzi gizli adlar içərisi görünməyən xüsusi avtomobillərlə birbaşa olaraq vilaya buraxılarkən, digər "FETÖ" üzvlərinin də oxşar təhlükəsizlik tədbirləri ilə girişi təmin olunur. Vilaya giriş-çıxış təhlükəsizlik otağının məlumatı daxilində baş verir.

Çıxış etdiyi otaq

Fətullah Gülənin çıxış etdiyi salon bir çox təhlükəsizlik kamerasıyla izlənilir. Həmçinin Gülənin yataq otağında bütün təhlükəsizlik kameralarının görüntülərinin əks olunduğu böyük bir ekran var.

Şəkil çəkmək qadağandır

Villaya daxil olanların çantaları başda olmaqla, bütün elektrik alətləri və cib telefonları təhlükəsizlik otağında saxlanılır. Kimliyindən asılı olmayaraq mobil telefonlar və kompüterləri villada olduğu müddətdə heç kimə verilmir. Hər bir qonağa foto çəkməməsi barədə xəbərdarlıq olunur. 

Məqalədə : Fətullah Gülən 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 04:20

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru