Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Aprel

2017
14:24
413
Fərarilik edən azərbaycanlıların sayı məlum oldu

Azərbaycanda axtarışda olan təqsirləndirilən şəxslərin sayı açıqlanıb. Modern.az-ın rəsmi statistikaya istinadən hazırladığı məlumatlara görə, 2016-cı ildə axtarışda olan təqsirləndirilən şəxslərin sayı 4463 nəfərdir ki, onlardan 3049 nəfəri müəyyən edilib, 1414 nəfəri isə axtarışa verilib.

Hesabat dövründə 23 nəfər cəzaçəkmə müəssisələrindən qaçıb ( 5 nəfəri müəyyən edilib, 18 nəfəri axtarışdadır) , 24 nəfəri cəza çəkməkdən boyun qaçırıb (12 nəfəri müəyyən edilib, 12 nəfəri axtarışdadır), 4420 nəfəri isə istintaqdan, təhqiqatdan və məhkəmədən yayınıb ( 3032 nəfəri müəyyən edilib, 1388 nəfəri axtarışdadır).

Axtarışda olan təqsirləndirilən şəxslərdən 53 nəfəri 14-17 yaşda olan yeniyetmələrdir. 

Törədilmiş cinayətlər üzrə axtarışda olan şəxslərdən 27 nəfəri dövlət təhlükəsizliyi əleyhinə, 42 nəfəri banditizm, 88 nəfəri qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 9 nəfəri zorlama və zorlamaya cəhd, 537 nəfəri oğurluq, 46 nəfəri soyğunçuluq, 47 nəfəri quldurluq, 1373 nəfəri dələduzluq, 85 nəfəri mənimsəmə və ya israf etmə, 302 nəfəri xuliqanlıqla bağlı axtarışa verilib.

2016-cı ildə 16 nəfər hərbi xidmət keçməkdən boyun qaçırma, 175 nəfər hərbi xidmət əleyhinə və onlardan 64 fərariliklə bağlı axtarışır.

Dövlət orqanlarından gizlənən şəxslərin (aliment vermə işləri üzrə borclu və cavabdeh şəxslər) sayı 6274 nəfərdir.

Həmçinin hesabat dövründə Azərbaycanda 929 nəfər itkin düşüb. Onlardan 129 nəfəri 18 yaşadək uşaqlardır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru