Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2019
12:51
213
Fransada polisləri döyən boksçuya 2 il həbs verdilər

Fransanın paytaxtı Parisdə "sarı gödəkçəlilər"in ötən ay keçirdiyi aksiyada iki polis zabitini döyən keçmiş boksçu Kristof Dettinger 2 il həbs cəzası alıb. FaktXəbr bildirir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, Dettinger 5 yanvarda keçirilən aksiyada polisə müavimət göstərdiyi üçün məhkəmənin qərarı ilə 30 ay mnüddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Kristof Dettinger boks idman növü üzrə 2007 və 2008-ci illrədə Fransa çempionu adını qazanıb. O, yanvarın 7-də saxlanılıb, iki gün sonra barəsində həbs qərarı çıxmışdı. Dettinger üçün keçirilən yardım kampaniyasında təxminən 130 min avro toplanmışdı.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : sarı jiletlilər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2019 03:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com