Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Dekabr

2018
13:01
Fransada dördüncü şənbə aksiyası başlayıb

Fransada yanacaq vergisinin artırılmasına qarşı növbəti etiraz aksiyası start verib. FaktXəbər bildirir ki, bu barədə "France 24" kanalı məlumat yayıb. 

Bildirirlir ki, Paris ətrafındakı qəsəbələrdən, eləcə də ölkənin əyalətlərindən gələn aksiyaçılar bir neçə polis yoxlamasından keçərək Zəfər Tağının qarşısına toplaşırlar.

Luvr muzeyi, Eyfel qülləsi kimi bir çox turistik məkanlar, eləcə də 36 metro stansiyası bağlanıb.

Səhər saatlarında 300 aksiyaçı saxlanılıb.

Aksiyalara 90 minə yaxın polis əməkdaşı, habelə zirehli texnika səfərbər olunub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Fransa etiraz 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 08:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com