Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

16 Aprel

2017
22:39
998
Fransada azarkeş futbolçuya hücum etdi, oyun ləğv edildi - FOTO

Fransa Futbol Çempionatının 33-cü turunda "Bastiya" və "Lion" arasında keçirilən oyun azarkeşin qonaq komandanın oyunçusuna hücum etməsi səbəbi ilə 1-ci hissədən sonra təxirə salınıb.

FaktXəbər-in məlumatına görə, oyunun keçirilməsinin ləğvi barədə qərarı Fransa Peşəkar Futbol Liqası (LFP) və Korsikanın təhlükəsizlik xidməti verib.

Bildirilir ki, "Lion" komandasının futbolçuları və rəsmiləri avtobusla stadionun ərazisini tərk etməyə çalışıblar, lakin təhlükəsizlik baxımından yenidən paltardəyişmə otağına qaytarılıblar.

LFP intizam komitəsi bu oyuna görə 20 aprelədək qərar çıxaracaq.

Qeyd edək ki, "Arman Sezari" stadionunda baş tutan görüş təxminən bir saat gec başlamışdı. Səbəb isə meydan sahiblərinin fanatlarının "Lion" futbolçularına hücumu idi.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2017 22:29

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru