Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2018
15:10
807
Fransa Əsədə verdiyi ordeni geri alır

Fransa rəhbərliyi Bəşər Əsədin Suriyada prezident kürsüsünə əyləşməsindən sonra 2001-ci ildə ona təqdim olunan "Fəxri Legion" dövlət ordenini geri almaq istəyir. FaktXəbər bildirir ki, bu barədə ictimaiyyətə Yelisey Sarayı məlumat verib.

Məlumata görə, Fransanın sabiq prezidenti Jak Şirak tərəfindən verilən mükafatın geri alınması üçün intizam prosesinin başlanıldığı deyilir.

2010-cu ildən edilən dəyişikliyə əsasən, ordenin şərəfinə zidd davranışlara yol verən əcnəbilərdən mükafatın geri alınması imkanı tanınıb. Mükafat bundan əvvəl dopinqə yoluxan amerikalı velosipedçi Lens Armstronq və irqçi mövqedə olan ingilis stilist Con Qallianodan geri alınıb.

Qeyd edək ki, rəsmi Paris Suriya prezidentinə fəxri ordeni Qərb maraqlarına xidmət etmək üçün verib. Bəşər Əsəddən prezidentlik müddətində Qərb ölkələri ilə birgə siyasət yürütmək gözlənilsə də, bunun əksi olub. Nəticədə Yelisey Sarayı Bəşər Əsədə təqdim olunan mükafatı geri almağı qərara alıb.

Məqalədə : Bəşər Əsəd 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2018 22:11

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status