Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

31 Avqust

2017
16:05
433
Əfqan Muxtarlının apellyasiya şikayəti təmin edilməyib

Bu gün Bakı Apelyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətə baxılıb.

Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ə.Muxtarlının şikayətini təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ə.Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib.

Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Ona Cinayət Məcəlləsinin CM-nin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) və 206-cı (qaçaqmalçılıq), 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsində Ə.Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Daha sonra o, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Ə.Muxtarlının müraciətini təmin etməyib.(apa)

Məqalədə : Əfqan Muxtarlı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru