Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

22 Fevral

2017
14:52
342
Fələstin Baş nazirinin müavini Azərbaycana gələcək

Fələstin Baş nazirinin müavini Ziyad Abu Amr martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən FaktXəbər-ə  verilən məlumata görə, Ziyad Abu Amrin Forumda terrorizmlə mübarəzəyə dair çıxışı nəzərdə tutulub. “Müasir dövrdə terrorizmlə mübarizədə necə qalib gəlmək olar? Hansı vasitə, üsul və strategiya tətbiq edilməlidir?” adlı paneldə Ziyad Abu Amr müasir dövrdə terrorizmlə mübarizədə qalib gəlməyin yolları, strategiyası barədə fikir və təkliflərini bildirəcək.

Terrorizmlə mübarəzəyə həsr olunmuş panel müzakirələrdə Fələstin Baş nazirinin müavini ilə yanaşı, İordaniya Senatının Prezidenti Faysal əl-Fayez, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, Səudiyyə Ərəbistanı şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal və digər ictimai-siyasi xadimlərin iştirakı nəzərdə tutulub.

“Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr edilən V Qlobal Bakı Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru