Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2019
16:23
154
`Fəlsəfəmiz sərhədlərimizi aşmaqdır`

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində səfərdə "Yuventus"u 2:1 hesabı ilə məğlub edən "Ayaks"ın baş məşqçisi Erik ten Haq fikirlərini bölüşüb.

49 yaşlı mütəxəssis qələbəni şərh edib: "Məncə, "Ayaks", Hollandiya və oyunçular üçün unudulmaz gecə oldu. Çempionlar Liqasında favorit olan daha bir klubu mübarizədən kənarlaşdırdıq. Fəlsəfəmiz sərhədlərimizi aşmaqdır. Biz də bunu bacardıq".

Hollandiyalı mütəxəssis "Yuventus"un çəkindiyini deyib: "Madriddə olanlara görə "Yuventus"un bizdən qorxduğunu görürdük. Texniki cəhətdən güclü futbolçularımız var. Bu səbəbdən də bizi təzyiq altına salmaq çətin olur".

Ten Haq ev oyununda daha çox qol vurmalı olduqlarını deyib: "Yuventus"la matçlarımız "Real"la oyunlara bənzəyirdi. Amsterdamdakı ilk oyunda çox qol vurmalı idik. Qol şanslarını istifadə edə bilmirik. Oyunlarda məsələni daha erkən bitirə bilərik".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ayaks 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 04:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru