Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2018
10:44
Əflatun Amaşov dövlətdən 1 milyon pul istədi

Noyabrın 7-də Milli Məclisin komitələrində büdcə müzakirələri davam etdirilib. Maliyyə naziri Samir Şərifov deyib ki, növbəti ildə Azərbaycanın xaricdə olan diplomatik nümayəndələrinin maaşlarının artırılması nəzərdə tutulub.

Nazir deyib ki, uşaqların doğulması ilə bağlı müavinətlərin artırılması ilə bağlı məsələni də təhlil etmək lazımdır: “Mənim fikrim odur ki, Azərbaycanı Belarus, eləcə də digər xarici ölkələrlə müqayisə etməməliyik. Çünki oradakı demoqrafik vəziyyətlə bizdəki vəziyyət tamamilə fərqlidir”.

S.Şərifov bildirib ki, hər dövlətin öz xüsusiyyətləri var: “Lakin bu xüsusiyyətləri nəzərə alaraq, uşaqlara müavinətlə bağlı münasibət formalaşdırmalıyıq. Prinsip etibarı ilə buna baxa bilərik”.

Deputat Fəzail Ağamalı isə Milli Məclisə ayrılan ezamiyyə xərclərinin az olmasından şikayətlənib və ezamiyyə xərclərinin artırılmasını təklif edib. O bildirib ki, Milli Məclisə ayrılan ezamiyyə xərcləri çox azdır: “Bunun az olması ucbatından Milli Məclis beynəlxalq, regional, parlamentlərarası fəaliyyətdə xeyli məhdudlaşdırmalara məcbur olur. Dəfələrlə biz bunun şahidi olmuşuq ki, maliyyə xərclərinin az olmasına görə bizim beynəlxalq təşkilatlarda ayrı-ayrı dövlətlərlə aparmış olduğumuz parlament münasibətlərində kifayət qədər problemlərimiz ortaya çıxır. Ona görə də çox xahiş edərdim ki, Milli Məclisə ayrılan ezamiyyə xərcləri artırılsın”.

“Milli Məclisin ezamiyyə xərcləri ilə bağlı məsələyə baxılır”. bunu maliyyə naziri Samir Şərifov deyib.

Komitə iclasında onlayn medianın problemindən də bəhs olunub. Həmişə olduğu kimi, bu dəfə də mövzuya deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov diqqət çəkib. “Dəfələrlə Milli Məclisin iclaslarında onlayn media ilə bağlı fikirlərimi səsləndirmişəm. Hazırda vəziyyət o yerdədir ki, reklam yoxdur. Bundan da istifadə edən ayrı-ayrı qruplar bəzi saytları maliyyələşdirərək iş adamlarını, tanınmış şəxsləri, məmurları yersiz şəkildə təhqir edirlər, böhtan atırlar” - Ə.Amaşov bildirib. O qeyd edib ki, onlayn mediaya dövlət büdcəsindən maliyyə ayrılmalıdır: “Bu, reklam bazarı formalaşdırılana qədər olmalıdır. Təklif edirəm ki, onlayn mediaya 1 milyon manat ayrılsın. Bu da büdcə üçün elə də böyük rəqəm deyil”. (musavat.com)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 16:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com