Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

22 Sentyabr

2017
10:39
795
Filippin prezidenti: Sübut olunarsa, oğlumu öldürün

Narkomaniya ilə mübarizədə çox sərt üsullardan istifadə edən və yüzlərlə narkotik tacirini öldürən Filippin prezidenti Rodriqo Dutertenin oğlu barədə "narkotik taciri" iddiası səsləndirilib.

FaktXəbər-in məlumatına görə, vəzifə başına gəldiyi gündən bəri narkotiklə mübarizə aparan və indiyə qədər yüzlərlə narkotik tacirini öldürən 72 yaşlı Filippin prezidenti Rodriqo Duterte oğlu haqqında çıxan narkotik ticarəti iddiaları barədə açıqlama verib. O, polisə iddaların doğru olmasının sübut edilməsi halında oğlunu öldürmələri barədə əmr imzalayıb və oğlunu öldürən polisləri mühafizə zəmanəti verib.

Dutertenin müxalifləri ötən həftə prezidentin 42 yaşlı oğlu Paulo Dutertenin sentyabr ayı ərzində təxminən 125 min dollarlıq narkotik daşıyan gəminin Manilia şəhərinə daxil olmasına yardımçı olduğunu iddia ediblər.

Xatırladaq ki, Rodriqo prezident sarayında jurnalistlərə açıqlamasında uşaqları da daxil olmaqla narkotikə qurşanan heç kəsi bağışlamayacağını bildirmişdi.

Məqalədə : Duterte 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2017 18:03

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru