Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

27 İyul

2017
16:54
1640
Fikrət Sadıqov: `Rusiya ilə strateji partnyorluq münasibətləri Ermənistanı narahat edib`

Rusiya və Ermənistan arasında müharibə şəraitində iki ölkənin tək bir ordu halında hərəkəti haqqında müqavilə imzalanıb. Sənədin  imzalanması Rusiya və Azərbaycan dövlət başçılarının Soçi görüşündən sonra baş verib.

FaktXeber.com məsələ ilə əlaqədar politoloq Fikrət Sadıqovdan münasibət öyrənib.

Politoloq Ermənistanla müqaviləni imzalanmasını ümumi siyasət çərçivəsində atılan bir addım adlandırıb: «Rusiya başa düşür ki, dövlət başçımızın orda qəbul olunması, RF prezidenti Putinin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşü, bir sıra məsələlərin müzakirəsi və strateji partnyorluq münasibətlərinin qabardılması əlbəttə ki, bir sıra qüvvələri, xüsusən də  Ermənistanı narahat edib, qıcıqlandırıb».

Fikrət Sadıqovun sözlərinə görə, bəlkə də bu balansın saxlanılması üçün o sənəd təsdiqlənib: «Moskva bir tərəfdən bu hərəkətlərlə bəyan edir ki, Ermənistanla müttəfiqlik münasibətlərini pozmaq fikrində deyil, amma eyni zamanda Azərbaycanla strateji partnyorluq münasibətlərini bundan sonra da, heç bir çətinliklərə, problemlərə baxmayaraq inkişaf etdirəcək. Reallıq budur».

Xatırladaq ki, Vladimir Putin Rusiya və Ermənistan arasında birgə hərbi birləşmələrin yaradılması haqda 2016-cı ilin noyabrında imzalanan sazişi təsdiqləyib. Dövlət Duması sazişi bir ay əvvəl ratifikasiya etmişdi.

Məqalədə : Fikrət Sadıqov 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 17:27

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru