Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2019
15:54
`Fedor` robotu kosmik aparatdan çıxarılması barədə VİDEO paylaşıb

Rusiyanın insanabənzər "Fedor" robotu Beynəlxalq Kosmik Stansiyadan qayıtdıqdan sonra eniş vasitəsindən necə çıxarıldığı barədə video yayımlaybı.

FaktXeber.com-un verdiyi məlumata görə, müvafiq video Twitterdə yerləşdirilib.

"Mən eniş aparatı ilə Korolev şəhərinə qayıtdım", deyə onun səhifəsində qeyd edilib.

"Soyuz MS-14" gəmisi avqustun 22-də Bakı vaxtı ilə saat 7:38-də (Moskva vaxtı ilə saat 6:38-də) Qazaxıstanda yerləşən Baykonur kosmodromundan kosmosa buraxılıb. Kosmik gəmi göyərtəsində "Fyodor" robotunu daşıyır. Raketin səmaya qalxması anında "Fyodor" ilk kosmonavt Yuri Qaqarin kimi "Getdik! Getdik!" sözlərini deyib.

Kosmik gəmi buraxıldıqdan iki sutka sonra, yəni avqustun 24-də Bakı vaxtı ilə saat 9:30-da (Moskva vaxtı ilə saat 8:30-da) Beynəlxalq Kosmik Stansiya ilə birləşməli idi, lakin müəyyən problemlər səbəbindən bunu təyin olunmuş vaxtda etmək mümkün olmayıb.

Avqustun 27-də 2-ci cəhddən sonra "Soyuz MS-14" kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya uğurla birləşə bilib.

Qeyd edək ki, "Fyodor" (FEDOR - Final Experimental Demonstration Object Research) "Android Texnikası" və Perspektiv Araşdırmalar Fondu tərəfindən yaradılıb. Onun yaradılmasına 300 milyon rubl (təxminən 7,8 milyon manat) xərclənib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14562

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13207

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14595

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14204

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19584

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14074

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14192
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 02:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru