Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

01 Noyabr

2017
10:27
31413
Fədayə Laçının həbsdən qaçan avtoritet sevgilisi ilə VİDEOSU yayıldı

FaktXəbər-in verdiyi məlumata görə, femida həbs edilən müğənni Fədayə Laçınla sevgilisi "Qoca" ləqəbli məhbus Etibar Məmmədovun görüntüləri əks olunan görüntülər yayıb. Həmin videoda Fədayə Laçın sevgilisi üçün mahnı ifa edir.

Qeyd edək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın (Məmmədova Fədayə Baris qızı) saxlanılıb. O, Bakı İstintaq Təcridxanasına köçürülüb.

F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 304. 2.1 maddəsi (Qabaqcadan əlbir olaraq həbs yerindən və ya mühafizə altında olanlara qaçmağa kömək etmə) ilə ittiham irəli sürülüb. 

Məhkəmənin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara - Bakı qatarının xüsusi vaqonundan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilənlər Etibar Ələkbər oğlu Məmmədov və  Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. 

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. Etibar Ələkbər oğlu Məmmədovun ("Qoca" ləqəbli) axtarışı istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə : Fədya Laçın 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru