Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2018
16:45
3670
`Farer adalarına zəif demək düzgün olmaz`

"Bu, futboldur. Hər şeyə hazır olmaq lazımdır. Bugünkü oyun böyük bir şansdır. İtirdiyimiz xalların bir hissəsini bu matçdan çıxara bilərik".

Bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib. Təcrübəli mütəxəssis millimizin bu gün Millətlər Liqasında Farer adalarına qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb:

"Farer adaları heç vaxt uğur qazanmayıb. Cırtdan yerdir. Ora getmək də çətindir. Bizim U-21 millimiz bu ölkəylə qarşılaşıb. Meydanları da süni örtükdür. U-21 millimizin oyununda Farer adalarının oyunçularına diqqətlə baxırdım. Onlar maraqlı qərar çıxarıblar. Belə ki, Danimarkanın U-17, U-19 və U-21 millilərinə düşə bilməyən futbolçu Farer adaları üçün oynayır. 4-5 nəfər seçilən futbolçu var idi, xüsusən də hücumçusu (Ari Yonsson) yaxşı idi. O, "Dalğa Arena"dakı oyunda (1:1) qol da vurmuşdu. Yanımda əyləşən klub məşqçilərinə də həmin futbolçunu göstərmişdim ki, hücumçu axtarırsınız, baxın, maraqlanın. Hamı inkişafa doğru gedir. Farer adaları Maltanı evdə məğlub edib. Kosovo ilə səfərdə ilk hissədə yaxşı oynamışdılar. Lakin 2-ci hissədə futbolçuların ustalıq səviyyəsi öz sözünü dedi. Desək ki, rəqib zəifdir, düz olmaz. Amma güclü də deyillər. Hava toplarında yaxşı çıxış edirlər, ucaboy futbolçuları var. Künc zərbələri və standart vəziyyətlərdə diqqətli olmaq lazımdır. Məncə, bu oyunda qalib gələ bilərik".

Ağasəlim Mircavadov UEFA Millətlər Liqasının zəif ölkələr üçün yaxşı şans olduğunu vurğulayıb: 

"UEFA bu turniri yaratmaqla bizi kimi ölkələr şans yaratdı. Fransa, İtaliya və Belçika kimi yığmalarla oyunda nəsə etmək olmur. Bu, şansdır və istifadə etmək lazımdır". (sportal.com)

Məqalədə : Ağasəlim Mircavadov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

XİN başçılarının görüşü keçirilir

20

İyun
22:45
SİYASƏT
458

Raul "Real"da baş məşqçi oldu

20

İyun
22:10
İDMAN
47

"Azərsilah" ləğv olundu - SƏRƏNCAM

20

İyun
18:53
HƏRB
972

Vilayət Eyvazov Daxili İşlər Naziri oldu

20

İyun
17:52
HÜQUQ,HADİSƏ
2801

Ramil Usubov vəzifəsindən azad edilib - SƏRƏNCAM

20

İyun
17:46
HÜQUQ,HADİSƏ
2661

Azərbaycan büdcəsinin gəlirləri və xərcləri

20

İyun
17:21
İQTİSADİYYAT
1962

İntihar edən Elinanın qəbri təhqir olunub - FOTO

20

İyun
17:12
HÜQUQ,HADİSƏ
1277

Oqtay Əsədov: "Bizə mane olmasalar..."

20

İyun
17:03
SİYASƏT
1947

"Bəs, anamın günahı nə idi?" - FOTO

20

İyun
16:39
HÜQUQ,HADİSƏ
2800

Azərbaycan qaz ixracını 40%-dən çox artırıb

20

İyun
16:11
İQTİSADİYYAT
97
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2019 04:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru