Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 İyul

2017
17:32
293
Faiq Əmirlinin məhkəməsi şahid ifadələri ilə davam edib

İyulun 14-də Bakının Səbail rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə "Azadlıq" qəzetinin yayım direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə prosesi şahid ifadələri ilə davam etdirilib.

FaktXəbər-in məlumatına görə, bu gün 4 şahid dindirilib. Şahidlərdən ikisi Faiq Əmirlini tanımadığın deyib. İki şahid isə Əmirlini nəşriyyatda görüb. Şahidlər vaxtı ilə "Azadlıq" qəzetində pulsuz elan dərc etdirdiklərini məhkəmənin diqqətinə çatdırıblar.

Məhkəmənin növbəti iclası iyulun 17-də keçiriləcək.

Faiq Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (KİV-dən istifadə etməklə milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub.

2017-ci il aprelin 17-də ona yeni ittihamlar irəli sürülüb - Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə).

Məqalədə : Faiq Əmirli 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru