Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

17 İyul

2017
17:30
841
Şeyx Sərdarın vəkilləri mətbuat konfransı keçiriblər

FaktXəbər-in verdiyi məlumata görə, Şeyx Sərdar Hacıhəsənlinin hüquqlarını müdafiə evən vəkillər bu gün mətbuat konfransı keçirib. Konfransda vəkillər Yalçın İmanov, Osman Kazımov, Cavad Cavadov və Nemət Kərimli ilə birgə, ölkənin tanınmış hüquq müdafiəçiləri, ruhanilər, ziyalılar və media nümayəndələri iştirak edib. 

Tədbirdə ilk olaraq çıxış edən vəkil Yalçın İmanov bildirdi ki, Sərdar Hacıhəsənli həbs olunduğu maddə üzrə ilk məhbus sayılır: “Sərdar Babayev dini ayin yerinə yetirmək ittihamı ilə həbs olunan hələlik yeganə şəxsdir. Bu maddə üzrə həbs anlaşılan deyil. Çünki xaricdə təhsil almış şəxsin dini ayin yerinə yetirməsini qadağan etmək hüquqa ziddir. Çünki xaricdə dini təhsil almış şəxs öz yaxını və ya qohumuna cənazə namazı qılarsa, onda cinayət məsuliyyəti daşıyacaq?”

Osman Kazımov isə Şeyx Sərdarın ittiham olunduğu maddənin, ancaq İslam dininə şamil olunmasını bərbad hal kimi qiymətləndirdi: “Müsəlman bir ölkəsində belə bir qanunvericiliyin olması dözülməzdir. Belə çıxır ki, Ermənistanda xristian dini təhsil almış şəxs Bakıda dini ayinləri yerinə yetirməsi cinayət deyil, amma İslam dini ilə bağlı başqa bir ölkədə təhsil almış şəxsin dini ayinləri icra etməsi cinayətdir”. 

Cavad Cavadov isə qeyd etdi ki, Sərdar Babayevin ittiham edildiyi maddənin qüsurlu olmasını sübut etmək üçün əlindən gələni edib: “Bizim məqsədimiz məhkəmə prosesi başlayandan bu olub ki, mövcud maddə qüsurlu maddə kimi Cinayət Məcəlləsindən çıxarılsın. Çünki bu maddənin olması Şeyx Sərdardan əlavə digər şəxslərin də məhz həmin maddə ilə həbs olunmaq təhlükəsini göstərir. Hazırda Azərbaycanda 1000 nəfərə yaxın xaricdə təhsil alan şəxsi təhlükə gözlədiyini deyə bilərik”.

Mətbuat konfransının conunda aidiyyatı dövlət orqanlarına müraciət qəbul olunub.

Hacı Sərdar Babayev Masallı rayon Polis şöbəsi tərəfindən 22 fevral 2017-ci il tarxidə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə elan olunmuş yekun ittihama əsasən: O İran İslam Respublikasında təhsil alasına baxmayaraq 04.11.2016-cı il tarixdə 13 radələrində , 18.11.2016-cı il tarxidə saat 13:00-da, 09.12.2016-cı ildə saat 12:47 radələrində Masallı şəhər Məscidinin həyətində yas mərasiminləri üçün nəzərdə tutulmuş tikilidə,  heç bir rəsmi  razılıq olmadan xütbə oxumuş və cümə namazına rəhbərlik etmişdir. 

Həmin ittihamla o, Masallı rayon məhkəməsinin 03 iyul 2017-ci il tarxili hökmü ilə 3 il azadlıqdan məhrum edilmişdir.  

Müdafiəçilər olaraq dövlət qurumlarının diqqətini bir daha Sərdar Babayevin məhkum edildiyi Cinayət Məcəlləsinin göstərilən maddəsinin Aərbaycan Respublikası Konistitusiyasının 48-ci maddəsinə ( I. Hər kəsin vicdan azadlığı vardır. II. Hər kəsin dinə münasibətini  müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları il əbirlikdə etiqad etmək, yaxud heç  bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.  III.  Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.), İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasının 9-cu maddəsinə (1. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir. 2. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadliqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər). açıq-aşkar zidd olduğunu bildiririk. 

Qanunverici orqan tərəfindən Cinayət Məcəlləsinə 168.1.1 maddəsi qəbul olunmasa da, xaricdə dini təhsil almış şəxs tərəfindən məhz İslam dini ayininə rəhbərlik etməyin ictimai təhlükəsizliliyi əsaslandırılmamışdır. 

Bundan əlavə Cinayət Məcəlləsinin göstərilən maddəsi cinayət qanunun zamana görə qüvvəsi baxımından, təhsil anlayışı baxımından (Sərdar Babayevin  Azərbaycan Respublikasının sovet dönəmindən molla təhsili almışdır), dini ayinin nədən ibarət olması baxımından konkretləşdirilmişdir.  

Eyni zamanda bu madda "Dini etiqad azadlığı haqqında" Qanunun 21-ci maddəsinə edilmiş dəyişikliklərdən bir müddət sonra olaraq qəbul olunmuşdur və 21-ci maddə bir ay öncə həmin maddə dəyişdirilməsinə baxmayaraq Cinayət Məcəlləsinin bu normasında dəyişiklik edilməmişdir. 

Azərbaycan Respublikası konstitusiyasının 149-cu maddəsinin 1-ci bəndinə əsasən Normativ hüquqi aktlar hüququ və haqq-ədalətə (bərabər mənafelərə bərabər mmünasibətə) əsaslanmalıdır.  

Həmin iş Avropa İnsan Hüquqları Məhkəməsinə artıq göndərilmişdir. 

Lakin işin beynəlxalq məhkəmədə baxılmadan belə bu pozuntuların daxili mexanizmləri vasitəsi ilə həll edilməsinin tərəfdarıyıq. 

Eyni zamanda dövlət qurumlarının diqqətini ona çatdırmaq istəyrik ki, şəxsin İslam dininə aid ayinin yerinə yetiirlməsinə görə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi, konkret halda isə Sərdar Babayevə üç il azadlıqdan məhrum edilmə cəzasının təyin edilməsi heç cürə anlaşılan deyil və yuxarıda sadalanan Əsas Qanunun, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxaql Müqavilələrə zidd olmaqla yanaşı ümumbəşər prinsiplərinə, sağlam əqlə tamamilə ziddir. 

Biz Cinayət Məcəlləsinin göstərilən normasını qanundan çıxarılmasını və Sərdar Babayevin həbsdən azad edilməsinə çağrırıq. 

Məqalədə : Şeyx Sərdar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 07:48

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru